Page 65 - Sholom_Aleyhem_Макет 1
P. 65

Üç şəhər əhvalatı

             On doqquzunda...”
             – On doqquzunda? Necә yәni on doqquzunda? – Әllәri
          qırmızı rәngә çalan, üz-gözü günәşdәn qaralmış, çirkli frakının
          qolundan ağ dәsmal sallamış qarsonu çağırıram.
             – Әzizim, bu gün nә günüdür?
             Qarson qara burnunu ağ dәsmala silib hazırcavablıqla dillәnir:
             – Çuğundurlu, kәlәmli borş günüdür! Әla borşdur, sıyıq ilә
          zraza vә ördәk, әgәr istәyirsinizsә...
             – Yox e... – deyirәm, – yemәyi soruşmuram. Xәbәr alıram ki,
          bu gün sizdә hansı gündür?
             Qarson bir qәdәr fikrә gedir:
             – Hansı gündür? Çәrşәnbә axşamı, on sәkkizi.
             – Şәhәrin, – soruşuram, – adı nәdir?
             – Hansı şәhәrin?
             – Necә yәni hansı şәhәrin? – deyirәm, – sizin şәhәrin!
             Qarson bәrәlmiş gözlәrlә mәnә baxıb çaşqınlıqla deyir:
             –  Yәni bizim şәhәr necә adlanır? Bu şәhәr... adı... Şәhәr
          Vitebsk adlanır!
             – Gopa basırsan! – deyirәm. – Sәnә elә gәlir, әzizim.
          Şәhәrinizin adı Smolenskdir, Vitebsk yox!
             Qarson altdan-altdan gülür:
             – Hi-hi-hi!.. Hi-hi-hi!..
             Qarson, görünür, dahi yәhudi yumor ustasını dünyanın әn
          sәfeh adamı hesab etdi, çünki ağ dәsmalı qara üzünә tutub başını
          yana çevirdi ki, gülmәkdәn yaşarmış gözlәrini görmәyim. Mәn
          isә plakata baxıb oxuyuram. İri şriftlәrlә yazılıb:
             “Şolom Aleyxem Vitebskdә!..”
             Vitebskdә? Aman Allah! Mәn hara, Vitebsk hara? Axı bu gün
          Smolenskdә olmalı idim! Uzun sözün qısası, özümә yer tapa
          bilmirәm. Borş yada düşәr? Ördәk boğazımdan keçәr? Buranı
          tәrk edib düz Smolenskә qaçmaq lazımdır. Amma vәziyyәti tam
          müәyyәnlәşdirmәk üçün, yaxşısı budur, әvvәlcә evә, arvadıma
          teleqram vurum. O da cavab teleqramında yazsın görәk, mәn ilk
          görüşü hansı şәhәrdә keçirmәliydim?.. Vaxt vә marşrutla bağlı





                                                              65
   60   61   62   63   64   65   66   67   68   69   70