Page 64 - Sholom_Aleyhem_Макет 1
P. 64

Şolom Aleyxem

            ardınca da Smolenskdәn keçmәklә evә qayıdım. Sonra qәt olundu
            ki, öncә Smolenskә gәlsәm yaxşıdır, oradan Mogilyova, ardınca
            Vitebskә vә Mogilyovdan keçmәklә evә qayıdaram. Sonra bu
            plan da lәğv olundu. Razılaşdıq ki, әvvәlcә Vitebskә gәlirәm,
            oradan Mogilyova, sonra da Smolenskә, nәhayәt, Mogilyovdan
            keçmәklә evә qayıdıram. Bir az da götür-qoy elәdilәr, rahatlığım
            naminә ortaya yeni plan atdılar: Әvvәl Smolensk, sonra Mogil -
            yovdan keçmәklә Vitebskә, oradan geri, Mogilyova vә elә hәmin
            axşam, tәdbirdәn sonra evә! Günlәr müәyyәn olundu: on sәkkizi,
            on doqquzu vә iyirmisi.
                Belәliklә, bu planı yadda saxlayın: on sәkkizi – Smolensk,
            on doqquzu – Vitebsk, iyirmisi – Mogilyov. On yeddisindә, gecә
            yola çıxdım, hәr üç şәhәrә dә teleqram göndәrdim ki, tәyin
            olunmuş vaxtda gәlәcәyәm. Geniş hazırlıq işlәri görülmüşdü –
            plakatlar, biletlәr çap olunmuş, proqramlar vә s. hazırlanmışdı.
            Dәmir yolu vağzalına gedәrkәn yolboyu marşrutu xәyalәn yenidәn
            götür-qoy edirdim. Amma planların tez-tez dәyişdirilmәsi beynimi
            qarışdırmışdı, marşrutu sәhv salmışdım. Mәnә elә gәlirdi ki, on
            sәkkizi Vitebskdә, on doqquzu Smolenskdә, iyirmisi isә Mogilyovda
            olmalıyam. Nәdәnsә, plan yaddaşıma belә hәkk olunmuşdu vә
            özümü mәhz bu marşruta hazırladım.
                Bilet alıb, sakitcә Vitebskә gedirәm. Vağzalda düşüb gözlәyirәm –
            yarım saat, bir saat. Ümid edirәm, bәlkә, mәni qarşılayanlardan,
            heç olması, biri gözә dәyәr. Bu da qardaşlıq cәmiyyәti! Bәs sizin
            nizam-intizamınız, qonaqpәrvәrliyiniz harada qaldı? Nә isә, mәni
            qarşılamağa kimsә gәlmәdi.
                Faytona әylәşib әn böyük mehmanxanaya getdim. Nömrә
            aldım, tәlәsmәdәn yuyundum. Sakitcә paltarımı dәyişdim.
            Düşünürәm: “Mәnә qarşı belә saymazyanalıq göstәrirsinizsә,
            cәhәnnәm olun, indi axtarın mәni şәhәrin bütün mehmanxanalarında,
            görüm, necә tapacaqsınız...” Nahar üçün aşağı mәrtәbәdә yerlәşәn
            restorana endim, görürәm iki plakat asılıb:
                “Şәhәrimizdә ilk dәfә! Әziz vә hörmәtli qonaq!!!
                Şolom Aleyxem – dahi yәhudi yumor ustası!




              64
   59   60   61   62   63   64   65   66   67   68   69