Page 62 - Sholom_Aleyhem_Макет 1
P. 62

Şolom Aleyxem

            tәklif etmәyә haqqımız yoxdur. Yeganә tәklifimiz belә ola bilәr
            ki, hәm bizdә, hәm dә başqa sinaqoqda şeypur çalın...” Bu sözlәr
            mәni düşünmәyә mәcbur etdi: әgәr ikinci sinaqoqda da şeypur
            çalmaq şansı düşübsә, niyә üçüncü, dördüncü sinaqoqa da gedib
            bu işlә mәşğul olmayım? Lazımdırsa, lap beşinciyә dә gedәrәm.
                Düşdüm Dauntaunun canına, bir sinaqoqdan digәrinә, bir
            ibadәtgahdan o birisinә ayaq döyürdüm. Hәr yerdә şeypur çalıb
            sәnәtimi göstәrdim, uğur qazanırdım, ifamı çox bәyәnirdilәr,
            çünki çalmağa başlayan kimi adamlar axışıb ibadәtә gәlirdi.
            İfamı hakimlәr, konqresmenlәr, yüksәk rütbәli mәmurlar dinlәyib
            mәәttәl qalırdılar: “Әla çalır!” Tәsәvvür edin, birinci il bir sinaqoq
            vә iki ibadәtgahda işlәyirdim. Növbәti ildә üç sinaqoq vә beş
            ibadәtgahda çalmağa başladım. Allah qoysa, bu il sayını daha da
            artıracağam, әmәlli-başlı pul qazanacağam. Yәqin, maraqlanırsınız:
            bir adam bu nәhәng biznesin öhdәsindәn necә gәlir? Bunu
            soruşmayın! Bura Amerikadır, әzizim! Bu ölkәdә әvvәl-axır hәr
            şeyә alışırsan. Sәhәr bir sinaqoqda, günorta digәrindә, axşam da
            bir başqasında  çalırdım. Çalışırdım ki, adamlar “satisfayt”
            olsunlar, yәni razı qalsınlar, geciksәm, çörәkdәn qalaram,
            “reputeyşn”ımı itirәrәm, yәni gözdәn düşәrәm. Yәqin, mәәttәl
            qalmısınız, cәnab Şolom  Aleyxem, danışanda tez-tez ingilis
            sözlәri işlәdirәm. Uşaqlara görә. Çünki onlar artıq әsl amerikalı
            olublar, yәhudi dilindә kәlmә dә kәsmәk istәmirlәr! Mәnim
            “boy”larımı, yәni oğlanlarımı görsәniz, inanmazsınız ki, yәhudi
            balalarıdır. Elә mәnim özümü dә bayramdan sonra tanımayacaqsınız.
            Elul ayı gәlmәzdәn xeyli әvvәl uzunәtәkli pencәyimi atıram bir
            kәnara, saqqal uzadıb evdә eşәlәnәn kişiyә bәnzәyirәm... Amma
            elә ki bayramlar bitdi, saqqal qırxılır, şlyapa qoyub oluram
            centlmen...  Amerikada biznes naminә daha nә oyunlardan
            çıxmırlar?.. Mister, görürәm, qәzetdә barәmdә yazı vermәk
            istәyirsiniz, hәtta cib dәftәrçәsini dә çıxarmısınız. İşinizdә olun,
            yazan әliniz var olsun! Sizә “çox sağ ol” deyәrәm. Bu, mәnim
            üçün әla reklam olacaq... Üstәlik, xahiş edirәm, yazıda ünvanımı
            da qeyd edin: “Mister Qrin, Çerri-strit, Nyu York...” “Pliz”...Yәni
            buyurun... Ümidvaram,  Aptaunda hәlә görüşәcәyik... Mәndәn
            sizә böyük bir “qud-bay!”





              62
   57   58   59   60   61   62   63   64   65   66   67