Page 63 - Sholom_Aleyhem_Макет 1
P. 63
ÜÇ ŞӘHӘR ӘHVALATI
Hörmәtli qardaşlar! Bu әhvalat “konstitusiya”nın qәbuluna
iki il qalmış baş vermişdi. O vaxtlar Litvanın şәhәr vә kәndlәrinә
xeyriyyә sәfәrlәrinә çıxmışdım. Bir dәfә Xanuka әrәfәsindә üç
şәhәrdәn – Mogilyov, Vitebsk vә Smolenskdәn dәvәt aldım. Bu
şәhәrlәr bir-birinә yaxındır, necә deyәrlәr, bir xәtt boyunca
yerlәşir. Dәvәtlәr müxtәlif qardaşlıq cәmiyyәtlәri – “xalis
sionistlәr”, “poaley sionistlәr” vә “bundistlәr” tәrәfindәn gön -
dәrilmişdi. Mәlum mәsәlә idi ki, bu qardaşlıq cәmiyyәtlәrinin
bir-birinә münasibәti itlә-pişiyin dostluğuna bәnzәyirdi. “Xalis
sionistlәr” digәr cәmiyyәt – “poaley sionistlәr” barәdә pis söz
demirdilәr, yalnız yazırdılar ki, “saxta sionistlәr” mәni bayaq
adını çәkdiyim şәhәrlәrә dartıb gәtirmәk istәyirlәr. Mәqsәdlәri
dә mәndәn öz fәaliyyәtlәrindә sui-istifadә etmәkdir vә onlar
sionizm ideyalarından çox uzaqdır. “Poaley sionistlәr” dә öz
növbәsindә rәqiblәrinә qarşı qәrәzli mövqe tutmurdular, yalnız
yazırdılar ki, “xalislәr” artıq çoxdan darmadağın olmuş bir işin
tәbliğinә qalxıblar... Ancaq “bundistlәr” hәr iki qardaşlıq cәmiyyәtini
güclü tәnqid atәşinә tuturdular, başqalarını da әmin etmәyә
çalışırdılar ki, mәnim çıxışlarım uğursuzluqla nәticәlәnәcәk...
Nә isә, işlәrim heç dә ürәkaçan deyildi. Nә etmәli? Vә çox
müdrik çıxış yolu tapdım: hәlәlik birlәşәk, sonra ayrılarıq! Yәni
onlara belә cavab verdim: “Әzizlәrim, yalnız bir şәrtlә gәlәrәm
ki, heç olmasa, hәmin üç günü siz birlik nümayiş etdirәsiniz...”
Qısa danışıqlardan sonra tәklifim qәbul olundu. Marşrutumla
bağlı mәktublar gәldi-getdi, teleqramlar vuruldu – ilk tәşrif
buyuracağım şәhәr hansı olmalıdır? Müqavilәnin mәhz bu bәndi
digәrlәri ilә müqayisәdә çox çәtinliklә әrsәyә gәldi.
Plan, demәk olar, hәr gün dәyişirdi. Әvvәl belә qәrara alındı
ki, birinci Mogilyova, oradan Vitebskә, sonra da Smolenskә,
63