Page 68 - Sholom_Aleyhem_Макет 1
P. 68

Şolom Aleyxem

            minirdim. Bir dә gördüm ki, Odessaya aparan yoldayam vә
            Qolendra stansiyasında ilişib qalmışam. Yenә dә min şükür! Hәr
            halda, yolu azıb Riqaya da gedib çıxa bilәrdim. Tәlәsәn tәndirә
            düşәr! Bu, birinci әhvalat...
                İkincisi, arvadım teleqramlara әsaslanaraq belә bir nәticә
            çıxarmışdı ki, nә Vitebskdә, nә dә Smolenskdә mәnim başıma
            bir iş gәlә bilmәz. Bu hadisә yalnız iki şәhәrin arasında baş verә
            bilәr. Ona görә dә iki şәhәr arasında әn uyğun mәntәqә kimi
            Mogilyovu seçmişdi. Arvadım elә tәsәvvür edirdi ki, bu mәntәqәdә,
            әn yaxşı halda, iki qatar toqquşub – yәni biri Smolenskdәn
            Vitebskә gedirmiş, digәri isә Vitebskdәn Smolenskә gәlirmiş. O
            düşünürdü ki, bütün vaqonlar relsdәn çıxıb vә aşıb, iki yüzdәn
            çox adam ölüb, yüzlәrlә ağır yaralı var, sәrnişinlәrin çoxu dәli
            olub vә şübhәsiz, mәn dә bu dәlilәrin arasındayam!
                Ümumiyyәtlә, bilin ki, arvadımın xasiyyәti belәdir: ayağımı
            qapıdan çölә qoyan kimi, ona elә gәlir ki, başıma dünyanın әn
            dәhşәtli fәlakәtlәri gәlir. Mәsәlәn, dәmir yolu qәzasına düşürәm,
            üstümә körpü uçur, mәni ildırım vurur, zәlzәlә, yanğın, gözlәnilmәz
            epidemiya baş verir, quldurların hücumuna mәruz qalıram, ilan
            çalır. Bütün bunlar yüz ildә bir dәfә baş verir, amma arvadım elә
            düşünür ki, bir yerә getdimsә, demәli, mәni hәr an tәhlükә
            gözlәyir. Evә sağ-salamat dönәndә gözlәrinә inanmır, mәnә
            Allahın bәladan qoruduğu, ölümün pәncәsindәn aldığı xoşbәxt
            bir adam kimi baxır.
                Bu dәfә mәni sağ-salamat görәndә uşaq kimi ağladı. Soruşuram:
            “Ay axmaq, niyә gözünün yaşını tökürsәn?” Cavab verir: “Hәlә
            bir soruşur da! Bu, sәnin üçün ikinci “Rovno” deyil!..”
                Yәqin, sizi maraq götürüb: görәsәn, bu, nә “Rovno”dur belә?
            Әşi, Allah bir dәfә mәni sınağa çәkmişdi. Әgәr maraq sizә güc
            gәlibsә, Rovno şәhәrindә başıma gәlәnlәri hәvәslә danışaram.
            Әhvalat bir neçә il әvvәl baş verib. Yәhudi qәzetinin nәşri ilә
            әlaqәdar Peterburqda ilişib qalmışdım vә Vilnodan keçmәklә evә
            dönmәyi planlaşdırırdım. Arvadıma demişdim ki, filan ayın filan
            günü Peterburqu tәrk edirәm, lazım olsa, bir-iki gün  Vilnoda





              68
   63   64   65   66   67   68   69   70   71   72   73