Page 69 - Sholom_Aleyhem_Макет 1
P. 69

Üç şəhər əhvalatı

          qalacağam, oradan da evә gәlәcәyәm. Vilnoda qalmağa lüzum
          olmasa, Peterburqdan birbaşa evә dönәcәyәm. Dediyim kimi dә
          oldu. İş elә gәtirdi ki,  Vilnoda qalmalı olmadım, yәni yolda
          lәngimәdim. Bilirdim ki, arvadım buna sevinәcәk, bu sәbәbdәn,
          gecә yoldan ona teleqram vurdum. Tәlәsdiyim üçün teleqramda
          fikrimi düzgün ifadә edә bilmәdim. “Evә yollanıram” әvәzinә
          “Düz yollanıram” (rus dilindә “yedu rovno” kimi sәslәnir – tәrc.)
          yazdım. Balalarım üçün burnumun ucu göynәyirdi, ona görә
          mәtnә iki söz dә әlavә etdim: “Uşaqlarla qarşıla”. Düz, әyri, axır
          ki, gecә gәlib çatdım doğma şәhәrә. Dәli kimi vağzalda vurnuxuram.
          Kimsә qarşılamır. Nә arvad var, nә dә uşaqlar. Evә gәlirәm,
          zülmәt qaranlıq, sәs-sәmir yoxdur! Zәngi çalıram, qapını var
          gücümlә yumruqlayıram, hay verәn yoxdur. Xeyli keçmiş qarayanız
          litvalı xidmәtçi qapını açır, pişik kimi yuxulu gözlәrini güclә
          aralayıb mәnә baxır.
             Hәyәcanla soruşuram:
             – Evin xanımı hanı? Uşaqlar necә olub?
             – Evin xanımı? – xidmәtçi әlinin dalı ilә burnunu silir. –
          Yoxdur!
             – Necә yәni yoxdur?
             – Getdilәr!
             – Necә yәni getdilәr? Hara?
             – Mәn hardan bilim? Rovnoya getdilәr...
             – Xanımın Rovnoda nә iti azıb?
             – Mәndәn niyә soruşursunuz? Özünüz onları Rovnoya
          çağırmadınız?
             – Mәn? Rovnoya çağırdım?
             – Bәs kim? – xidmәtçini gülmәk tutur. – Yox bir, mәn!
             Siz bunun danışığına baxın! Ürәyimdәn qara qanlar axır, o
          isә gülmәkdәn uğunur! Eşidirsiniz? Şәrәfimә and içirәm, xәcalәtdәn
          bunu heç kimә söylәmәzdim. Әgәr bu günә qәdәr bir adama
          barmağımın ucu ilә toxunmuşamsa, qoy Allah cәzamı versin!
          Amma bu yuxulu qadının istehzalı gülüşünü görüb özümdәn
          çıxdım, cin vurdu tәpәmә!... Mәsәlә necә bitdi? Mәhkәmәlik





                                                              69
   64   65   66   67   68   69   70   71   72   73   74