Page 73 - Sholom_Aleyhem_Макет 1
P. 73

Yüngül oruc

          Qәsәbәdә hamı şikayәtlәnir ki, iş tapmaq mümkün deyil. Bu
          qәdәr yәhudini yığıblar bir mәkana... Guya yaxşılıq ediblәr, ağ
          günә çıxarıblar!
             “Buna da min şükür! – Xaym Xaykin belә düşünür. – Yaxşı
          ki, uşaqlar var. Başqaları Allahın bu nemәtindәn dә mәhrumdur.
          Amma uşaqların ümidinә qalmaq...”
             Eh, bilirsiniz, uşaqların ümidinә qalmaq heç kişilikdәn deyil.
          Ona görә yox ki, onlar atasına kömәk etmәk istәmәzlәr, belә
          vәziyyәti düşmәnә dә arzulamıram! Amma bunu şәninә sığışdıra
          bilmir. Bacarmır, vәssalam!
             Yaxşı bilir ki, övladları gün әrzindә işdә necә yorulur.
          Sәhәrdәn-axşama qәdәr qan-tәr içindә çalışırlar. O, bunlardan
          xәbәrdardır!
             Ata üçün çörәyin hәr tikәsi bir damla qana bәrabәrdir. O,
          uşaqlarının qanını içir. Eşidirsiniz? Xaym Xaykin övladlarının
          qanını içir! Amma şәninә sığışdırmır!
             – Ata, niyә yemirsәn? – uşaqlar soruşur.
             – Bu gün... orucam, – Xaym Xaykin cavab verir.
             – Yenә? Oruc nә qәdәr çәkir?
             – Bir hәftәdәn az.
             Xaym Xaykin yalan söylәmir. Tez-tez oruc tutur. Әlbәttә, elә
          günlәr olur ki, ağzına nәsә atır.  Amma oruc tutduğu günlәr
          ömrünün әn gözәl çağıdır.
             “Әvvәla, Allah orucu savab sayır, bununla ona mәhәbbәt vә
          sayğı bildirirsәn, xal qazanırsan... İkincisi, mәnim üçün bir qәpik
          dә xәrclәnmir. Kimsәyә hesabat vermәk mәcburiyyәtindә qalmıram.
          Düzdür, әslindә, mәndәn hesabat soruşan da yoxdur. Bunlar
          mәnә lazımdırmı? Әsla! Onlarsız da keçinә bilәrәm. Özümü
          heyvandan bir qarış üstün tuturam. Bunun qiymәti yoxdur!
          Heyvan hәr gün qarnını doydurmağa çalışır, mәn isә bir gündәn
          bir yeyә bilәrәm. İnsan heyvandan fәrqlәnmәlidir. Ah, kaş insan
          elә bir sәviyyәyә gәlib çataydı ki, ümumiyyәtlә, yemәksiz keçinә
          bilәydi!.. Onda dünya tam fәrqli olardı! – Xaym Xaykin bunu
          özünә xitabәn deyir, aclıqdan fikirlәri qarışır, filosofluq etmәyә





                                                              73
   68   69   70   71   72   73   74   75   76   77   78