Page 71 - Sholom_Aleyhem_Макет 1
P. 71

YÜNGÜL ORUC

                  “Ava ayının doqquzuncu günü”ndәn bir
                                                     1
                                   mәnzәrә



             Mәşhur hәkim  Taner bunu bacarmadı, amma uçuq-sökük
          Kasrilovkadan olan yoxsul Xaym Xaykin öhdәsindәn gәldi.
             Hәkim Taner sübut etmәk istәyirdi ki, insan qırx gün oruc
          tuta bilәr, lakin iyirmi sәkkiz gün birtәhәr dözdü, az qalmışdı,
          odünyalıq olsun. Kiçik qaşıqla su verirdilәr, buz qırıqlarını
          udmağa mәcbur edirdilәr, nәbzini yoxlayırdılar... Alәm dәymişdi
          bir-birinә!
             Xaym Xaykin sübut etdi ki, qırx gündәn çox oruc saxlamaq
          olar, әlbәttә, birbaşa yox, müәyyәn günlәrdә, bu da ildә yüz
          gündәn çox demәkdir.
             Oruc tutmaq heç dә asan deyil!
             Bir damcı su da qadağandır! Buz dәnәsi udmaqdan söhbәt
          gedә bilmәz! Oruc tutmaq, yәni günün iyirmi dörd saatı yemәk,
          içmәk olmaz!
             Yanında hәkim dә olmur ki, nәbzini yoxlasın. Sakit oturub
          orucunu tutursan.
             Mәsәlә belәdir.
             Xaym Xaykin kasıb adamdır, çoxuşaqlı ailә başçısıdır,
          uşaqlarının hesabına dolanır.
             Övladlarının böyük әksәriyyәti qızdır, fabrikdә çalışır, giliz
          düzәldirlәr, bәzisi gündә beş altınlıq, digәrlәri isә onun yarısını
          qazanırlar. İş gündәlik deyil – şәnbә vә bayram günlәri işlәmirlәr.
          Bәs etiraz nümayişlәrinin keçirildiyi günlәrdә? And olsun yaradana,
          indi hәr yerdә, hәtta Krasilovkada da nümayişin nә olduğunu
          yaxşı bilirlәr!


          1 Ava ayının (iyul-avqust) doqquzuncu günü qәdim Yerusәlim mәbәdinin
          dağıdılması ilә әlaqәdar oruc tutulan, ağlaşma vә yas qurulan gündür.
          Yәhudilәrә hәmin gün yemәk, su içmәk vә dәri ayaqqabı geyinmәk
          qadağandır.

                                                              71
   66   67   68   69   70   71   72   73   74   75   76