Page 67 - Sholom_Aleyhem_Макет 1
P. 67
Üç şəhər əhvalatı
Birincidә soruşuram: “Teleqram vur görüm, mәn bu gün harda
olmalıyam?” Növbәti teleqramda isә özüm Mogilyovda ola-ola
ondan Smolenskә teleqram göndәrmәyi (“Smolenskә teleqram
vur görüm, mәn Mogilyovda nә vaxt olmalıyam?”) xahiş edirәm.
Әgәr eyni şәxsdәn bu mәzmunda iki teleqram alırsınızsa, sizdә
belә bir tәәssürat yaranacaq ki, bu adam dәlidir. Bundan başqa,
unutmayın ki, Smolenskdәkilәr әllәrini sallayıb dinc oturmayıblar.
Onlar on sәkkizindә, vağzalda, mәni, necә lazımdırsa, yәni
günorta saat birdәn gecә yarıyadәk gözlәyiblәr. Sonra böyük qal-
maqal yaranıb! Görüşә gәlәnlәr zalın altını üstünә çeviriblәr.
Sionistlәrin üstünә bağırıb fitә basıblar ki, fırıldaqla mәşğulsunuz,
Şolom Aleyxemin adından istifadә edib adamlardan pul qırxırsınız!
Vәziyyәt gәrginlәşib, mәcbur qalıb bilet pullarını geri qaytarıblar.
Gecә yarıdan keçmiş, ovqatı tәlx olmuş sionistlәr vә bundistlәr
evimә teleqram göndәriblәr:
“Şolom Aleyxemin başına nә iş gәlib?”
İndi birini qoyub başqasına keçәk. Arvadım, ömrü uzun
olsun, bu üç teleqramı alandan sonra tәrәddüd etmәdәn qatara
minib yollanır düz Mogilyova.
Yәqin, mәәttәl qalacaqsınız, niyә Mogilyova? Әgәr söhbәti
axıra qәdәr dinlәsәniz, әmin olacaqsınız ki, arvadım ağıl dәryasıdır.
Әvvәla, arvadım olduğu üçün mәni uzun illәrdir tanıyır. Yaxşı
başa düşür ki, әgәr Vitebskdәn teleqram göndәrib cavabını
Smolenskdә gözlәyirәmsә, demәli, bu, ona işarәdir ki, hazırda
Mogilyovdayam. Bilirsiniz, arvadım bir maraqlı әhvalatı yaxşı
xatırlayır. Bir dәfә Varşavaya getmişdim vә Pasxa bayramını
qeyd etmәk üçün Kiyevә, evә dönürdüm. Gözlәnilmәdәn Pasxanın
ilk günü mәndәn teleqram gәlir ki, bayramı Vapnyarka
yaxınlığındakı Qolendrada keçirirәm. Vapnyarkada necә peyda
olmuşam? Axı Vapnyarka, әslindә, Jmerinka ilә Odessa arasında
yerlәşir! Bu boyda zarafat olar? Heç sormayın. Allah haqqı,
bunu hirsimdәn etmәmişәm. Xoş mәram nümayiş etdirmişәm.
Mәsәlә burasındadır ki, bayramla әlaqәdar evә tez çatmaq
istәyirdim, ona görә dә bir sürәt qatarından düşüb, o birisinә
67