Page 66 - Sholom_Aleyhem_Макет 1
P. 66

Şolom Aleyxem

            bütün mәsәlәlәrdә arvadım “professor”dur. Vaxt itirmәdәn arvadıma
            bir neçә sözdәn ibarәt qısa teleqram göndәrirәm:
                “Mәnә teleqram vur görüm, bu gün harada olmalıyam?”
                Teleqramı göndәrib bir qәdәr sakitlәşdim vә çuğundurlu borş,
            zraza vә ördәk yemәk üçün restorana qayıtdım. Sonra otağa
            gәldim, bir az mürgülәmәk istәdim, ancaq dәrhal yuxuladım.
            Yuxuda vurnuxan qırmızı qadınlar vә qara pişiklәr gördüm... Bu,
            bir işarәdir: әgәr qırmızı qadınlar vә qara pişiklәr yuxuma gәlibsә,
            demәli, işlәrim fırıqdır! Belә dә oldu! Yuxudan oyanıram. Aman
            Allah! Yatıb qalmışam! Dabana tüpürüb qaçmaq lazımdır, bәlkә,
            Smolenskә yetişmәk mümkün oldu! Çaparaq gәlib qatara minirәm,
            Smolenskә yollanıram. Vaqonda bәlәdçidәn soruşuram ki, qatar
            Smolenskә nә vaxt çatacaq? Bәlәdçi gözlәrini uzunboğaz
            çәkmәlәrinin ucuna zillәyib deyir ki, mәn Smolenskdә sabah
            sәhәr altıda olacağam. Dәrhal özümdәn çıxıram:
                – Necә yәni, sabah sәhәr altıda? Mәn bu gün әn geci axşam
            saat yeddidә orada olmalıyam!..
                Bәlәdçi әhvalını pozmayıb sakitcә dinlәyir, sonra qolundakı
            saata işarә edib bildirir ki, burdan Smolenskә hәtta poçt qatarı әn
            azı on iki saata gedir, indi saat dörddür, biz bu gün Smolenskә
            necә çata bilәrik?..
                Demәli, haqlıdır? Bundan mәnә nә? Smolensk getdi işinin
            dalınca! Bәs indi neylәyim? Vitebskә qayıdım? Cәhәnnәm olsun!
            Bircә bilsәydim, Mogilyovla bağlı işlәr necә gedir? Arvadımdan
            yaxşı bunu kim bilәr? Birdәn yadıma düşdü ki, arvadımdan
            teleqramı Vitebskә göndәrmәyi xahiş etmişdim, özüm isә Smolenskә
            gedirәm... Bәs mәsәlәni necә yoluna qoyum?  Ağlını işlәdәn
            adam hәmişә çıxış yolu tapa bilәr, düz demirәm?  Arvadıma
            teleqram vurmaq üçün bәlәdçini stansiyaların birindәki poçta
            göndәrirәm:
                “Smolenskә teleqram vur görüm, mәn Mogilyovda nә vaxt
            olmalıyam?”
                İndi gәlin dil haqqında elm olan filologiyanın cәngәlliklәrinә
            baş vuraq. Göndәrdiyim iki teleqramın mәtnini gözdәn keçirәk.





              66
   61   62   63   64   65   66   67   68   69   70   71