Page 61 - Sholom_Aleyhem_Макет 1
P. 61

Mister Qrin iş tapır

          mirdik, amma nә faydası? Axır, sentyabr ayı gәldi, bayramlar
          qapını kәsdirdi. Gördüm ki, qәzetlәrdә dükanları, sinaqoqları,
          ibadәtgahları reklam edirlәr. Dükanların vitrinlәri hәm adi, hәm
          dә bayram atributları ilә – dini әşyalar, qoç buynuzu, taleslә
          doldu. Baxdım ki, adamların üzü gülür, biznes naminә Allaha
          yaltaqlanırlar... Düşünüb-daşındım vә özümә dedim: “Mister
          Qrin! Nә vaxta qәdәr әl-qolunu sallayıb gәzәcәksәn? Elul ayından,
          on müqәddәs gündәn sәn dә payını almalısan, ya yox?”
             Amma halva-halva demәklә, ağız şirin olmur!.. Әlimi nәyә
          uzadım, nә iş görüm? Bәlkә, çәkmәçi dükanı açım? Amma heç
          vaxt çәkmәçi olmamışam axı!.. Bәlkә, faytonçu olum? Yox, atam
          da faytonçuluq elәmәyib... Heç yalvarsalar da, ravvin olmaram,
          çünki az-çox savadım var vә sözlәrin mәnasını anlayıram...
          Bәlkә, halal әt satan qәssab? Amma orda, vәtәndә dә oğurluq
          atların әti ilә alver etmәmişәm...
             Sizin Tevye demişkәn, bütün bunları düşünә-düşünә sinaqoqa
          yollandım... Sentyabr ayının әvvәlidir, adamlar dua edir, psalom
          oxuyurlar... Duadan sonra sinaqoqa gәlәnlәrdәn biri soruşdu:
          “Bәs bizim üçün qoç buynuzunda kim çalacaq?” İrәli çıxdım:
          “Qoç buynuzunda? – dedim, – icazәnizlә...” Yәqin, soruşacaqsınız
          ki, buynuzda çalmağı hardan öyrәnmişәm? Mәsәlә belәdir:
          әvvәllәr şeypur çalmamışam, atam-babam bu işlә mәşğul olmayıb.
          Amma uşaqlıqda, dostlarımla birlikdә hardansa buynuz tapıb
          şeypur kimi gecә-gündüz çalırdıq, adamların zәhlәsini elә tökürdük
          ki, sinaqoq xidmәtçilәri bizi qovurdular. Uzun sözün qısası, bu
          işdәn başım çıxır, sözünüzә qüvvәt, deyir oldun dәyirmançı...
          Buynuzu ağzıma dirәyib bir çalmaq çaldım ki, gәl görәsәn!
          Axırıncı notu elә uzatdım ki, sәsi, bәlkә dә, Bruklin körpüsündә
          eşidildi! Belә usta ifanı görәn sinaqoqdakılar soruşdular: “Cavan
          oğlan, hardan gәlmisiniz?” Cavab verdim: “Sizin üçün nә fәrqi?”
          Dedilәr: “Bәlkә, burda qalıb bayramlarda şeypur çalasınız? Bizim
          şeypurçumuz dünyasını dәyişib”. Bildirdim: “Әgәr burda şeypur
          çalmaqla çörәkpulu qazana bilәcәyәmsә, etiraz etmirәm”. Dedilәr:
          “Tәkcә şeypur çalmaqla dolanmaq çәtin olar. Gәrәk başqa bir
          işin dә qulpundan yapışasan...” Soruşdum: “Hansı işin? Kimәsә
          faytonçuluq edim? Hәyәt-baca süpürüm?” Bildirdilәr: “Әgәr
          buynuzda belә ustalıqla çalmağı bacarırsınızsa, sizә çirkli işlәr



                                                              61
   56   57   58   59   60   61   62   63   64   65   66