Page 57 - Sholom_Aleyhem_Макет 1
P. 57

Əcdadların məzarı

          tökәcәklәr hamımızı, qorxu içindә yaşayırdıq. Amma hәr şey
          Allahın әlindәdir: istәsә öldürәr, istәsә yaşadar. Yaxşı yadımdadır,
          quberniyadan bizә xeyli әsgәr göndәrdilәr, şәhәrdә dәrhal әmin-
          amanlıq yarandı. Hәyat canlandı. Allah bizi mәhv olmağa qoymadı.
          Alver qızışdı. Tәsәvvür edin, bir alay әsgәr gәldi, üstәlik, feldfebel,
          feldşer vә zabitlәrlә birlikdә.
             – Sizinlә tam razıyam...
             – Onu deyirәm axı... Hardan bilәsәn ki, ravvinin qızı zabitә
          vurulacaq, xristian kimi xaç çevirmәk istәyәcәk vә axırda rus
          zabitinә әrә gedәcәk?.. Hәmin vaxt bütün şәhәr bir-birinә dәymişdi!
          Amma ürәyinizi buz kimi saxlayın, ravvinin qızı xaç çәkmәdi,
          zabitә әrә getmәdi. Aqrar mәsәlә ilә bağlı iğtişaşlar bitdikdәn
          sonra alay şәhәri tәrk etdi, hәmin zabit dә, görünür, tәlәsdiyindәn
          nişanlısı ilә vidalaşmağı unutdu... Amma ravvinin qızı sevdiyi
          zabiti unuda bilmәdi. Zavallı valideynlәri! Zülm çәkdilәr! Şәhәr
          qaynar qazana dönmüşdü.  Adamlar hәr tindә pıçıldaşırdılar:
          “Ravvinin qızı... ravvinin qızı...”  Adamlara nә var ki?  Tәki
          qeybәt olsun. Kimsә hәtta ravvinin arvadının yanına mamaça da
          göndәrmişdi. Ravvindәn isә tez-tez soruşurdular ki, dünyaya
          gәlәcәk körpәnin adını nә qoyacaq? Bәlkә dә, bu әhvalat әvvәldәn-
          axıra qәdәr uydurmadır. Necә deyәrlәr, yüz yeyәnin olsun, bir
          deyәnin olmasın!
             – Әlbәttә!
             – Ravvinin vә arvadının nә çәkdiyini sözlә demәk mümkün
          deyil. Әslindә, o yazıqların günahı nәdir? Amma mәn qızımı
          cәzalandırdım, dedim ki, olan olub, keçәn keçib, bundan sonra
          ravvinin qızı ilә rәfiqәlik elәmәsin. Mәn dә elә adamam ki, söz
          ağzımdan çıxdı, qurtardı! Hәrçәnd gözümün ağı-qarası, bircә
          qızımdır, amma atanın dediyi qanundur! Hardan bilәydim ki,
          ravvinin qızı ilә gizlincә görüşür? Nә vaxt xәbәr tutdum? İş-
          işdәn keçәndәn sonra...
             Arxa tәrәfdә oturmuş sәrnişin öskürdü, kiminsә xorultusu
          eşidilirdi. Söhbәtә azacıq ara verildi, sonra hәmin adam asta
          sәslә danışmağa başladı:





                                                              57
   52   53   54   55   56   57   58   59   60   61   62