Page 53 - Sholom_Aleyhem_Макет 1
P. 53
Əcdadların məzarı
ziyarәtini çoxdandır görmәmişdim... Dәmir yolu kefdәdir, vaqonlar
ağzına qәdәr dolu gedib-gәlir. Kişilәrin üz-gözündәn kәdәr yağır.
Qadınların ağlamaqdan gözlәri şişib, burunlarının ucu qıpqırmızı
olub. Kimsә “yarmarka”ya gedir, bir başqası qayıdır... Artıq elul
ayı gәlib. Ürәklәrә nisgil qonub, hara getsәn dә, ev sәni çәkir...
İstәr-istәmәz arxamda әylәşmiş hәmin iki sәrnişinin söhbәtinә
qulaq verirәm.
– Bәlkә, elә düşünürsünüz ki, bu günün baş alıb gedәn
bәlalarına düçar olmuşdu? Qara yanyaxa köynәk geyinәnlәrdәn
idi?.. Ya da qırmızı bayraq gәzdirәnlәrdәn?.. Bәlkә, mәni
hәbsxanaların qapısına salmışdı? Әsla! Allah mәnә bu zülmlәri
göndәrmәmişdi. Daha doğrusu, bu zülmün qarşısına özüm sәdd
çәkmişdim. Onu göz bәbәyim kimi qoruyurdum. Zarafat deyil,
yeganә qız uşağı, gözümün işığı, evimin yaraşığı idi! Hәm dә
gözәllәr gözәli, ağıllı-kamallı! Gimnaziyanı bitirmişdi! Әlimdәn
gәlәni elәyirdim: güdürdüm – hara getdi, hardan gәldi, kiminlә
danışdı, nә danışdı, hansı kitabı oxuyur. Deyirdim: “Qızım, kitab
oxumaq istәyirsәn? Oxu! Amma bilmәliyәm ki, әlinә hansı kitabı
alırsan?..” Düzü, bu işdәn sәn deyәn başım çıxmır, amma it kimi
iy bilirәm. Kitabın üzünә baxan kimi, istәyir lap fransız dilindә
olsun, deyә bilәrәm ki, içindә nәdәn yazıblar...
– Sәn bir işә bax?!
– İstәmirdim, övladım odla-küllә oynasın, buna görә mәni
dar ağacından asmayacaqlar ki? Elә bilirsiniz, onunla mübahisә
edirdim? Danlayırdım? Yox, xoş danışırdım, sözümü zarafatla
deyirdim. “Qızım, qoy çәrxi-fәlәk necә istәyir, elә dә fırlansın.
Nә sәn, nә dә mәn onu tutub saxlaya bilmәrik...” Bax belә
danışırdım. Sizcә, nә cavab verirdi? Susurdu! Ağzından kәlmә
dә çıxmırdı, qız deyildi, qızıl idi, aydan arı, sudan duru! Bәs
әvәzindә Allah bizә nә göndәrdi? Şükürlәr olsun ki, çәtin vaxtlar
arxada qaldı, hәr şeyә – inqilaba da, konstitusiyaya da dözdük!
Qara yanyaxa geyәn qaragüruhçular, qırmızı bayraqdarlar, saçını
qısa kәsdirib gәzәnlәr, nә bilim, bomba qoyanlar daha gözә
dәymir... Bu qәnd, az qala, dişimi sındıracaqdı... Zarafat deyil!..
Yeganә qızdır, gözümün ağı-qarası, ağıllı, gimnaziya bitirib...
53