Page 55 - Sholom_Aleyhem_Макет 1
P. 55
Əcdadların məzarı
“Heç dә sәn fikirlәşdiyin kimi deyil... Kitab “Sani” adlanır, Artse
Başesin romanıdır”. Deyirәm: “Artse Başes bir vaxtlar yәhudi
dini mәktәbindә dәrs deyib, kor kişi olub, özü dә çoxdan ölüb”.
Qızım yenә gülür. Düşünürәm: “Rәhmәtliyin nәvәsi, sәn gülürsәn,
amma mәnim ürәyimdәn qara qanlar axır...” Nәdәn qorxurdum?
Xәbәr almayın! Keçmiş әyyamların yenidәn geri dönmәsindәn!
Qәrara gәldim ki, kitabı oxuyum...
– Maraqlıdır...
– Әlbәttә, özüm yox, başqasına müraciәt etdim, öz adamım
var, prikazçik! Zirәk oğlandır, rus dilini su kimi bilir. Bir gecә
qızımın kitabını oğurlayıb prikazçikә verdim. Dedim: “Berl, bax
gör bu, nә kitabdır belә?” Ertәsi gün dişlәrini ağardıb mәnә
bildirir: “Әcәb kitabdır! Bütün gecәni birnәfәsә oxudum”.
“Doğrudan? Danış görüm, nәdәn bәhs edir?” Hә... Berl başladı
nәql etmәyә... Sizә necә deyim? Görürәm, nәsә dağınıq, qırıq-
qırıq danışır, sözlәri toqquşdura bilmir. İndi eşidәndә özünüz dә
başa düşәcәksiniz ki, axmaq bir mövzudur. Kitabda yazılıb ki,
biri varmış, biri yoxmuş, Sani adlı bir adam yaşayırmış. Araq
içmәyi sevirmiş, vurandan sonra da üstündәn duzlu xiyar yeyirmiş.
Onun Lida adında bacısı varmış. Qız bir hәkimә vurulsa da,
zabitdәn boylu qalır. Yura adlı tәlәbә dә varmış, Krasavitsa adlı
müәllimәni sevirmiş. Bir gecә müәllimә qayıqda gәzintiyә çıxır,
elә bilirsiniz öz nişanlısı ilә? Yox! Hәmin bu içki düşkünü Sani
ilә... Prikazçikdәn soruşuram: “Elә bu?” Deyir: “Xeyr, hövsәlәniz
olsun, hәlә axırına çatmamışam. Orada İvan adlı bir müәllim dә
var, Sani ilә gedib lüt çimәn qızlara baxır...” “Yaxşı, uzatma,
kitabdan nә mәna çıxır?” “Nә mәna çıxdığını deyә bilmәrәm,
amma içki düşkünü Sani öküz kimi adamdır, qadın görәndә
özünü saxlaya bilmir, hәtta doğma bacısı Lida evә gәlәndә onun
namusuna toxunur...” “Tfy! Lәnәtә gәlәsәn! Bu içki düşkünü ilә
baş-beynimi aparma! Yaxşısı budur, de görüm, әhvalat necә
bitir?” “Sonu belәdir: zabit özünü güllәlәyir, tәlәbә özünü öldürür,
Krasavitsa zәhәr içir, orda Soloveyçik adlı bir yәhudi olur, o da
özünü asır...” “Tfu! Sәni görüm onun yanına gedәsәn!” Berl
55