Page 54 - Sholom_Aleyhem_Макет 1
P. 54

Şolom Aleyxem

                – Әlbәttә!..
                – Nә başınızı ağrıdım, şükürlәr olsun, ağır günlәr geridә
            qaldı. Nәhayәt, qızı әrә vermәk zamanı gәldi. Cehiz? Әşi, tәki
            bәxtinә yaxşı oğlan çıxsın! Vurnuxma başlandı: tәkliflәr, elçilәr,
            namizәdlәr. Qıza baxıram – gözümә birtәhәr dәyir... Nә barәdә
            fikirlәşdiniz? Yox, ciddi bir şey yoxdur! Deyim ki, әrә getmәk
            istәmir? Bilmirәm, bәs niyә dalğındır? Hә, söhbәtin ardına qulaq
            asın. Qıza göz qoyuram, baxıram, kitabı mәndәn gizlәdir. Özü dә
            tәk yox, üçü bir yerә baş-başa verib oxuyurlar: qızım, rәfiqәsi –
            bizim ravvinin övladı, yaxşı qızdır, o da gimnaziyanı bitirib, bir
            dә ki Novoqrudkovskdan olan bir oğlan. Bilmәk istәyirsiniz ki,
            necә oğlandır? Çәlimsizin biridir, üzünü sızanaq basıb, görkәmindәn
            xәstәlik yağır, kirpiklәri dә yox, amma qızıl sağanaqlı eynәk
            taxır, kifir, yöndәmsiz bir gәncdir dә, heç adama da yapışmır,
            görsәn, iştahan küsәr. Üstәlik, zәhlәtökәn, bic-vәlәdüzzina uşaqdır,
            burnunu hәr yerә soxur! Әsl soxulcandır ki, var! Belә adamın nә
            demәk olduğunu bilirsinizmi? Mәn izah edim. Dünyada müxtәlif
            adamlar var: eşşәk adam, öküz adam, it adam, donuz adam,
            sayını daha da artırmaq olar. Bir dә soxulcan adam var. İndi başa
            düşdünüz?
                – Hә!..
                – Bu soxulcan evimә niyә soxulub? Ravvinin qızına görә.
            Onun әmisi oğludur. Deyәsәn, әczaçılıq, ya hüquqşünas, ya da
            nә bilim, diş hәkimliyi oxuyur! Allah bәlasını versin! Axırıma
            çıxdı da mәnim. Bu eynәkli sısqa ilk gündәn xoşuma gәlmәdi.
            Bunu hәtta arvadıma da söylәdim... Cavabında nә desә yaxşıdır?
            “Sәnin dә uydurmaqdan başqa işin-sәnәtin yoxdur!..” Yenә qıza
            göz qoyuram, güdürәm – üç adamın birlikdә kitab oxumağı heç
            ürәyimcә deyil. Eşidirәm ki, nәsә danışırlar, qızğın mübahisә
            edirlәr... Bir gün qızıma deyirәm: “O, hansı kitabdır ki, üçünüz
            toplaşıb yorulmaq bilmәdәn hәvәslә oxuyursunuz?” Qız cavab
            verir: “Elә-belә, adi kitabdır”. Soruşuram: “Kitab olduğunu
            görürәm, amma nә kitabdır?” Qız bildirir: “Desәm dә,
            bilmәyәcәksәn”. “Niyә bilmirәm? Avam deyilәm ki?!” Qız gülür:





              54
   49   50   51   52   53   54   55   56   57   58   59