Page 51 - Sholom_Aleyhem_Макет 1
P. 51
Yüz bir
Raxmiel-Moyşe gözlәrini yummuşdu, başını aşağı dikib
oturmuş vә irәli-geri yırğalana-yırğalana dua oxuyurdu:
– “Hamını razı salan, çörәk verәn, qarnını doyduran...”
Raxmiel-Moyşixa isә elә hey deyinirdi.
– Soruşan lazımdır, ay kişi, niyә qaşqabaq tökmüsәn? Heç
özü dә bilmir! Sәhәr açılandan niyә qanımızı qaraldırsan? Senat
mәnim deyil ki, sәnindir!
Raxmiel-Moyşe duanı bir az uca sәslә oxumağa başladı.
– “Deyildi: dadına baxdı vә doydu...” – duanın bәndini bitir-
di.
Raxmiel-Moyşixa qısa fasilә verib yenә başladı:
– İlahi, necә qәzәblidir! Üz-gözündәn zәhrimar yağır! Elә bil
alışan ocaqdır, od qoyacaq hamımıza! İlahi, sәn özün dadımıza
çat!
Raxmiel-Moyşe bir az da ucadan oxudu:
– “Xeyir-dua, nicat, qurtuluş, rahatlıq vә qazanc, ruzi vә
mәrhәmәt, hәyat vә sülh, әmin-amanlıq!..”
Raxmiel-Moyşixa susmaq bilmirdi:
– Bir soruşan tapılmır ki, mәsәlәn, bunlar niyә şәninә
toxunur? Nә vermisәn, ala bilmirsәn? İndi Naxmen-Leybin
Qoltada yaşamağa icazәsi var, ona görә? Qoy ora son mәnzili
olsun! Mәnә nә? Onun dәrdini çәkmәk mәnә qalıb? Cәhәnnәmә
getsin!
Raxmiel-Moyşenin içi qaynar qazan kimi qaynayırdı, amma
hirsini udub yalvarıcı sәslә dua oxuyurdu.
İnsan poladdan deyil axı! Arvadın deyinmәyi onu lap
hövsәlәdәn çıxartdı, birdәn yumruğunu onun sifәtinә yaxınlaşdırdı,
dişlәrini qıcıyıb özünә xas olmayan sәslә dedi:
– “Ey mәrhәmәtli Allah, mәnә, arvadıma, balalarıma vә
balalarımın balalarına xeyir-dua ver!” Tfu!
Vә dәli kimi otaqdan qaçdı.
Naxmen-Leyb arvadı Naxmen-Leybixa ilә Qoltaya köçdü,
Raxmiel-Moyşixa bu günә qәdәr dә Boqopolda yaşayır...
51