Page 50 - Sholom_Aleyhem_Макет 1
P. 50
Şolom Aleyxem
– On yeddi? Hәlә heç birini dә göndәrmәmisәn axı... –
Raxmiel-Moyşe cavab verdi vә әllәrini yumağa getdi, sonra dua
oxudu: “Allah kömәyimiz olsun!” Amma qәlbindәn başqa fikirlәr
keçirdi: “Yüz bir şәhәr... azadlıq... vә Qolta da o cümlәdәn...”
Masa arxasına әylәşdi, dua oxuya-oxuya çörәkdәn bir tikә qopardı,
gözlәri süfrәdә nәsә axtardı, duanı yarımçıq kәsә bilmәdiyi üçün
qәdim yәhudi dilindә soruşdu:
– İ-o... bәs... “melax” – duz?
– “Melax”, duz-muz! Gözünün qabağında! Nә “bәs-mәs”
salmısan?
Raxmiel-Moyşe çörәk tikәsini güc-bәla ilә uddu, az qala,
boğulacaqdı, gah qaşığı, gah da çәngәli götürürdü, özü dә bilmirdi
hansından yapışsın. Bir-birinin üzünә baxmadan sakitcә nahar
elәdilәr. Yalnız qaşıq-çәngәl tıqqıltısı, marçıltı eşidilirdi. Raxmiel-
Moyşixa söz atdı:
– Araya sükut çökdü, nahar da belә bitdi...
Raxmiel-Moyşe dillәnmәdi vә nahar sükutla sona çatdı. Otağı
elә sakitlik bürümüşdü ki, milçәyin vızıltısı da aydın eşidilirdi.
Raxmiel-Moyşe yemәkdәn sonra dişini çәngәl ilә qurdalayıb
tavana baxa-baxa dedi:
– Su gәtir, әllәrimi pak edim...
Raxmiel-Moyşixa onun gözünün içinә baxdı, başını yana
әyib soruşdu:
– Raxmiel-Moyşe, bu gün yataqdan hansı ayağının üstündә
qalxmısan?
Raxmiel-Moyşe cavab vermәdi. Barmaqlarının ucunu
boşqabdakı suyun içinә soxub yaxaladı, boşqabı kәnara itәlәyib,
nahardan sonrakı duanı oxudu.
İndi Raxmiel-Moyşixa üçün әrindәn qisas almağın әn uyğun
zamanı idi, onun zәhlәsini tökәcәkdi, mişarlayıb çeynәyәcәkdi,
rәndәlәyәcәkdi. Bacardığı qәdәr danlayacaqdı ki, ağlı çaşmasın,
“mәnәm-mәnәm” deyib xarakterini göstәrmәsin, su dolu boşqabı
masanın üzәrindә itәlәmәsin.
– Bunun hәrәkәtinә bir bax! Gör boşqabı necә itәlәyir? Elә
bil mәni xoşbәxt elәyib! Kişisәn deyә sәnә hәr şey olar? Hә,
böyük adamsan axı! Senata qәbul elәyiblәr sәni! Görüm o senat...
50