Page 45 - Sholom_Aleyhem_Макет 1
P. 45

Yüz bir

          bilirdi, amma böyük әksәriyyәt bu xoşbәxtlikdәn mәhrum olmuşdu.
          Çuğul ucbatından bir çox ailәlәr şәlә-külәsini yığıb Qoltadan
          körpü ilә Boqopola mühacirәtә getmәyә mәcbur idi. Bu sәbәbdәn
          dә qәsәbәdә, yәni Boqopolda dilәnçilәrin, avaraların, bir-birinin
          әtini yeyәnlәrin sayı artmışdı...
             Yәhudilәr fәrmanın tәlәblәrinә әl-qol sallayıb tabe olmaq
          istәmirdilәr, ona görә dә döyüşürdülәr (әlbәttә, kağız üzәrindә).
          Belәliklә, yәhudilәrlә polis, yәhudilәrlә elә yәhudilәr arasında
          kağız müharibәsi başlandı. Polisә qucaq-qucaq әrizә gәlirdi,
          sonra onları quberniyaya ötürürdülәr, oradan senata, yenә dә
          senatdan quberniyaya, oradan da polisә. Bu müharibә iyirmi il
          idi davam edirdi. Qorxuram ki, gәlәcәkdә bu hadisәlәri araşdıracaq
          salnamәçi hәmin mәrhәlәni “iyirmiillik müharibәnin tarixi”
          adlandırsın. Qoy gәlәcәyin qoltalı vә boqopollu yәhudilәri
          mәsәlәnin mahiyyәtindәn әtraflı xәbәr tutsunlar...
             Döyüşәn tәrәflәr arasında iki nәfәr vardı: Qoltadan olan
          Raxmiel-Moyşe Boqopolski vә onun qan düşmәni, Boqopoldan
          olan Naxmen-Leyb Qoltanski.
             Sizi әsla tәәccüblәndirmәsin ki, Raxmiel-Moyşe qoltalı olsa
          da, soyadının sonunda Boqopolski yazılır, Naxmen-Leyb isә bo-
          qopollu ola-ola ona Qoltanski deyirlәr. Mәn, mәsәlәn, Belıy
          Serkovda yaşayan Çerkasski soyadlı adam tanıyıram, digәr
          tanışım isә Çerkasskda yaşayır, amma soyadı Belotserkovskidir.
          Canım sizә desin, biri var, Kremençuq şәhәrindәndir, soyadı
          Taraşanskidir, amma Kremençuqski soyadlı adam isә  Taraşe
          şәhәrindә doğulub. İlk baxışdan, әgәr Çerkasskda doğulmuş
          Çerkasski soyadlı tanışım elә hәmin şәhәrdә, Belotserkovski
          bilavasitә Belıy Serkovda, Taraşanski – Taraşedә, Kremençuqski
          isә Kremençuqda yaşasaydı, heç dә pis olmazdı.  Amma hәr
          adam öz şәhәrinә bağlansaydı, dünya hara gedib çıxardı? Nә isә,
          söhbәti uzatmayaq, qayıdaq 1882-ci il mayın 3-nә.
             Bütün ömrünü Boqopolda yaşamış Naxmen-Leyb Qoltanski
          mәhz mayın ikisindәn üçünә keçәndә Qoltada gecәlәmәli idi. İş
          elә gәtirdi ki, adı uryadnikin tәrtib etdiyi protokola düşdü vә bu





                                                              45
   40   41   42   43   44   45   46   47   48   49   50