Page 42 - Sholom_Aleyhem_Макет 1
P. 42

Şolom Aleyxem

            göndәrib?.. Әrinmәyib stansiyaya gәlirәm vә bağlamanı almaq
            istәyirәm. Mәnә bildirirlәr ki, zәhmәt çәk, iyirmi beş rubl dörd
            qәpik ödә, bağlamanı apar. Әlac yoxdur, iyirmi beş rubl dörd
            qәpik tapıb ödәniş etmәk lazımdır. Uzun sözün qısası, bağlamanı
            aldım, qәşәng qutudur, yaxşı da qablaşdırıblar. Evә qaçıb qutunu
            açıram, içindә portret... Gözüm kәllәmә çıxır! Odur! Boynu
            uzun, geniş şlyapa qoymuş, ağzında qәlyan tutmuş hәmin alman!
            Portretin yanında kiçik mәktub da var, almanca yazılıb, әlbәttә
            ki, ömrü boyu unuda bilmәyәcәyi “ştantsion”a, qonaqpәrvәrliyә
            vә xoş münasibәtә görә minnәtdarlığını bildirir... Adam bu qәdәr
            dә hәyasız olar? Görüm onu cәhәnnәm odunda yansın! İnanın,
            dünyanın әn qatı açılmamış qarğışlarını onun ünvanına yağdırıb
            ürәyimizdәn tikan çıxartdıq! Әlimi uca Allaha tutub yalvarıram:
            kaş qarğışlarımızın yarısı çin olaydı!
                Bir neçә ay ötdü – almandan әsәr-әlamәt yoxdur! Şükür
            sәnә,  Allahım, bizi bәladan qurtardın, görüm, o almanı yerә
            girsin! İndi-indi özümә gәlmişdim! Düşünürsünüz ki, mәsәlә
            bitdi? Ay-hay, hövsәlәniz olsun, bu xәmir hәlә çox su aparacaq!
                Bu günlәrdә gecә teleqram alıram: tәcili surәtdә Odessaya,
            Qorgelşteyn soyadlı tacirin yanına getmәliyәm. O, “Viktoriya”
            mehmanxanasında qalır vә mәn hәmin tacirә çox mühüm bir
            mәsәlә ilә әlaqәdar lazımam.
                – Odessa? Qorgelşteyn? “Viktoriya” mehmanxanası? Mühüm
            mәsәlә? Bu, nә ola bilәr? – arvadımdan soruşuram. Arvadım isә
            mәni tәlәsdirir ki, dәrhal yola düşüm.
                – Nә bilmәk olar? Bәlkә, doğrudan mühüm mәsәlәdir? Bәlkә,
            yoxlamadır? Bәlkә, çörәk alış-verişi ilә әlaqәdardır?..
                “Odessaya gedirәm!” demәk asandır, ancaq getmәk çәtindir!
            Odessaya getmәk bir qucaq xәrcdir! Amma mәsәlә vacibdirsә,
            bәhanә yersizdir! Bir sözlә, beş-on rubl tapıb qatara otururam vә
            Odessaya yollanıram. Şәhәrә çatıb, adamlardan “Viktoriya”
            mehmanxanasının yerini soruşuram. Gәlib çıxıram mehman -
            xanaya.
                – Sizdә, – soruşuram, – Qorgelşteyn soyadlı adam qalır?





              42
   37   38   39   40   41   42   43   44   45   46   47