Page 37 - Sholom_Aleyhem_Макет 1
P. 37

Alman

             Yatağa girәndәn sonra әvvәlcә eşidirәm ki, alman yatıb, göz
          dәymәsin, mışıl-mışıl yuxuya gedib, qәribә xorultusu var, fısıldayır,
          parovoz kimi fit verib fışıldayır, yaralı öküz kimi hövlnak oyanır,
          yerindәn dik atılır, nıqqıldayır, zarıldayır, fınxırır, qaşınır, tüpürür
          vә deyinir, sonra digәr böyrü üstә uzanır, yenә xoruldayır,
          fısıldayır, fit verib zarıya-zarıya dik atılır, fınxırır, qaşınır, tüpürür
          vә deyinir... Bu, bir neçә dәfә tәkrar olunur, sonra çarpayıdan dik
          atılır vә eşidirәm: hirslә yastıqları bir-bir döşәmәyә çırpır vә
          qәribә, anlaşılmaz sözlәri tәkrar edir: “Zum Teufel! Sacramento!
          Donnerwetter!” 1
             Qapıya yaxınlaşıb açar dәliyindәn baxıram: alman lüt-üryan
          dayanıb otağın ortasında, yastıqları bir-bir çırpır yerә, tüpürür vә
          ana dilindә qarğış yağdırır. Aman Allah, sәn özün kömәk ol!
             – Noolub, – qapını açıb soruşuram, – cәnab alman, niyә
          yatmırsınız?
             O, üstümә cumub mәni yumruqlayır, nәfәsimi kәsir... Әlimdәn
          tutub pәncәrәnin önünә gәtirir, dişlәm-dişlәm olmuş bәdәnini
          göstәrir, sonra mәni qovub qapını çırpır.
             – Bu alman lap dәlidir ki! – arvadıma deyirәm, – lap nәrmә-
          nazikdir! Elә bilir, onu dişlәyirlәr, dәli kimi özündәn çıxıb!..
             – Evdә taxtabiti nә gәzir? – arvadım tәәccüblәnir. – Heç
          ağlım kәsmir! Pasxadan әvvәl yataqları tәmizlәmişәm, çarpayını
          ağ neftlә silmişәm, – yәni bu taxtabiti yenә peyda olub?..
             Sәhәr elә bilirdim alman qaşqabağını tökәcәk, әşyalarını da
          götürüb elә aradan çıxacaq ki, izi-tozu da qalmayacaq... Necә
          deyәrlәr, sәn saydığını say! Yenә: “Quten Morgen!” Gülümsünür,
          qәlyan tüstülәdir vә nahar barәdә göstәriş verir, hәlәlik isә çay vә
          suda bişmiş yumurta istәyir – sizcә, neçә yumurta? Düz on dәnә!
          Sәhәr yemәyindә yaxşıca içdi, mәni dә şnapsa qonaq elәdi, kefi
          kök idi. Gecә gәldi, yenә başlandı! Әvvәl xoruldayır, fit verir,
          fısıldayır vә xırıldayırdı, sonra zarıldayıb ufuldayır, qaşınır,


          1 Zum Teufel! – lәnәtә gәlәsәn! (alm.)
          Sacramento! – lәnәtә gәlәsәn! (ital.)
          Donnerwetter! – lәnәt şeytana! (alm.)

                                                              37
   32   33   34   35   36   37   38   39   40   41   42