Page 40 - Sholom_Aleyhem_Макет 1
P. 40
Şolom Aleyxem
vә sakit “ştantsion”a görә minnәtdardır, qonaqpәrvәrlik vә
mehriban münasibәtimizdәn çox mәmnundur, bunu ömrü boyu
unutmayacaq!..
“Buna bax, – düşünürәm, – mәn nә hayda, bu nә hayda!”
Evә gәlәndә arvadım soruşur:
– Nә mәktub idi?
– Hәmin almandı, – deyirәm, – yenә yazıb! Yaxşılığımızı
unuda bilmir! Başdan xarabdır, vallah!
– Kaş, – arvadım deyir, – Allah bizә belә başı xarab almanlardan
hәr hәftә göndәrәydi, heç dә pis olmazdı!..
İki hәftә dә keçdi. Poçtdan mәnә böyük zәrf gәtirirlәr,
poçtalyon deyir ki, әlli altı qәpik ödәmәliyәm. Mәlum mәsәlәdir
ki, razı olmuram.
– Özünüz bilәrsiniz! – poçtalyon mәktubu çantasına qoyur.
Maraq mәnә güc gәlir. Bilmәk istәyirәm ki, mәktub hardandır,
bәlkә, nәsә vacib bir şey yazılıb? Әlli altı qәpik verib zәrfi
açdım, gördüm yenә almanca yazılıb! Әlbәttә, yenidәn gәlirәm
әczaçının yanına, hәr dәfә onu dәng elәdiyim üçün dönә-dönә
üzr istәyirәm, amma çarәm nәdir? Allah mәni belә yaradıb,
almanca oxuya bilmirәm! Әzcaçı namәni oxuyur: alman gәlib
çıxıb evinә, sevimli ailәsi ilә görüşüb, öz “frau”su vә uşaqları ilә
qovuşub, onlara Derajnyada başına gәlәnlәri nәql edib, onu
vağzalda qarşıladığımı, evә gәtirdiyimi, rahat vә sakit “ştantsion”
verdiyimi danışıb... Qonaqpәrvәrlik vә mehriban münasibәtә
görә dönә-dönә tәşәkkürünü bildirir, ömrünün sonunadәk bu
yaxşılığı unutmayacaq!
– Әcәb sәrsәmә rast gәlmişik dә! – almanın ünvanına dişimin
dibindәn çıxanı deyirәm, arvada isә mәktub barәdә söylәmәk
istәmirәm, qoy bilmәsin...
Üç hәftә dә keçdi. Poçtdan bildiriş alıram ki, adıma bir rubl
iyirmi qәpik ödәniş gәlib.
– Bu bir rubl iyirmi qәpik hardan çıxdı? – arvadım soruşur.
– Mәn hardan bilim?
40