Page 35 - Sholom_Aleyhem_Макет 1
P. 35

Alman

          “frau” әla aşpazdır, yәni “mayster”dir, onun peçenye vә
          mürәbbәlәrinin şöhrәti dillәrdә gәzir... Bişirdiyi balıq kayzerә,
          yәni şah Artakserksә dә layiqdir...
             –  Yavol (yәni, әla) – alman sevinir, gözlәri par-par yanır,
          çöhrәsinә tәbәssüm qonur.
             Evdә arvadıma deyirәm ki, Allah bizә әla qonaq göndәrib,
          almandır. Bәyәm arvadların qandığı bir şey var? Başlayır
          deyinmәyә, çünki bivaxt gәlmişik, o, yır-yığışla mәşğuldur.
             – Bu qonaq hardan çıxdı?
             – Ay arvad, asta danış, eşidәr, – deyirәm, – ağzına gәlәni
          çәrәnlәmә, ağa dilimizi başa düşür!
             Başı ev işlәrinә qarışmış arvad, sizcә, mәnә qulaq asacaq?
          Süpürgәni sifәtimin qabağında oynadıb deyinir. Dil-boğaza
          qoymur, mәn isә almanla kandarda dayanmışam, nә içәri keçmәyә
          imkan var, nә dә geri qayıda bilirik... Arvadı birtәhәr qandıra
          bildim ki, alman havayı qalmayacaq, pul verәcәk vә bu işdә bir
          az qazanmaq olar... Elә bilirsiniz anladı? Deyirәm, başa salıram,
          xeyri yoxdur, soruşur:
             – Harda yatacaq? Nәnәmin qәbrindә?
             – Sus! Ağlın çaşıb, deyәsәn! Dedim axı, ağzını yum! Hәr
          sözü başa düşür!
             Arvad, nәhayәt, söhbәtin nәdәn getdiyini anladı, qonağı yan
          otağa yerlәşdirdik, hәyat yoldaşım göz qırpımında samovara od
          salıb, şam yemәyi hazırlamağa başladı.
             Alman әvvәl bizim otağı görәndә, doğrudan da, bir az burnunu
          salladı, sanki demәk istәyirdi: “Bundan yaxşısı yox idi?” Әşi,
          alman belә şeylәri nә qanır? Samovar qaynadı, çay dәmlәdik, o,
          çamadandan bir şüşә rom çıxartdı, içdi (mәni dә qonaq etdi), hәr
          şey qaydasına düşdü.  Alman elә bil atasının evinә gәlmişdi,
          çamadanlarını әtrafına toplayıb uzandı vә biz dostlaşdıq.
             Çay dәsgahından sonra oradan-buradan söhbәt salıram,
          soruşuram ki, bura gәlmәkdә mәqsәdi nәdir? Nә alıb-satır? Bәlkә,
          nәsә almaq fikri var, yaxud satmağı düşünür? Mәlum olur ki, ona
          heç nә lazım deyil. Stansiyadan yük vaqonlarında hansısa maşınlar





                                                              35
   30   31   32   33   34   35   36   37   38   39   40