Page 31 - Sholom_Aleyhem_Макет 1
P. 31

Mərhəmət göstərmə!

             Cavab vermir, rәngi ağarıb, geyinib evdәn çıxır. Düşünürәm:
          “Әşi, hara gedәcәk? İndi qayıdar!” Bir saat gözlәyirәm, iki, üç,
          dörd saat keçir, axşam düşür, gecә yarıdan keçir – arvaddan
          xәbәr yoxdur! Әcәb işә düşmәdik? Nә başınızı ağrıdım, arvad
          gedib onların yanına, artıq iki ildir evә gәlmir, deyәsәn, heç
          qayıtmaq fikri dә yoxdur! Bu әhvalata bәnzәr nәsә eşitmişdiniz?
          Әvvәl gözlәyirdim, düşünürdüm, bәlkә, mәktubdan-zaddan yazar.
          Sәs-soraq çıxmadı. Mәcbur olub özüm yazdım: “Belә iş olar?
          Camaat nә deyәr?” Cavab yazdı ki, uşaqlarının yanında özünü
          xoşbәxt hiss edir. Bunun hikkәsinә bax! Nәvәsinә mәnim mәrhum
          qardaşımın adını qoyublar – Gerşel! Yazır ki, dünyada bu çağadan
          әziz adamı yoxdur! Dünyanı çıraqla gәzsәn, ikinci belә Gerşel
          tapa bilmәzsәn! Bildirir ki, bundan sonra hәyatına tәkbaşına
          davam et, var-dövlәtini dә al qucağına, otur, qocalığını yaşa!
          Görürsünüz dә, mәnә nә arzulayır?..
             Dönә-dönә yazıb qәti bildirirәm ki, bir qәpik dә gön -
          dәrmәyәcәyәm! Cavabında bildirir ki, pula ehtiyacı yoxdur. Sәn
          bir bunun dilinә bax! Tәnbәllik etmәyib yazıram ki, var-dövlәtimdәn
          gözünü çәksin, pullarımı icmaya vәsiyyәt edәcәyәm! Utanmaz-
          utanmaz bildirir ki, var-dövlәtimә heç bir iddiası yoxdur!
          Görürsünüz dә, günümü? Yazır ki, Allahın kömәyi ilә balalarının
          yanında şad-xürrәm yaşayır, Peysl universitetә girib, Reyzl dә
          yaxınlarda ixtisaslı mamaça olacaq, ayda yetmiş rubla yaxın pul
          qazanırlar. Bax belә! “Qaldı miras mәsәlәsinә, onu elә bu gün
          kimә istәyirsәn, hәtta kilsәyә dә vәsiyyәt elәyә bilәrsәn!” Bunun
          dilini görürsünüz dә? Sonda da yazır ki, guya mәn dәliyәm!
          Guya әmәllәrimә görә adamlar mәni barmaqla göstәrir. Görün
          nә yazır: “Qardaşın oğlunun mәnim bacım qızı ilә evlәnmәsindә
          pis nә var? Ay sәrsәm, yuxuna haram qatan nәdir? Niyә qarınağrısına
          düşmüsәn? Bircә körpәni görәydin... Babası Gerşelin şәklinә
          baxıb şirin-şirin dillәnir: “Ba-ba!”  Ay bәdbәxt, özü yıxılan
          ağlamaz!..” Görürsünüz dә, oradan mәnә nә yazır? Amma mәsәlә
          bunda da deyil.
             Adamın ürәyi gәrәk daşdan olsun! Evә gәlib bayquş kimi
          otururam dörd divar arasında. Elә bilirsiniz, canım sıxılmır?




                                                              31
   26   27   28   29   30   31   32   33   34   35   36