Page 26 - Sholom_Aleyhem_Макет 1
P. 26
Şolom Aleyxem
Arvadı bir uşaqla – altıyaşlı Peysllә dul qaldı. Altı ay keçmәmiş
onun dul arvadını almaq üçün namizәdlәr qapıya düzüldü. Bu,
mәnliyimә toxundu, evlәrinә gedib qardaşım arvadına dedim:
“Әrә getmәk istәyirsәnsә, uşağı mәnә ver”. Әvvәl bir az nәm-
nüm elәdi, dedi ki, bu barәdә eşitmәk belә istәmir. Axırda birtәhәr
yola gәtirdim. Oğlanı mәnә verdi, özü isә, sәhv etmirәmsә,
Polşaya getdi. İndi әrdәdir, pis yaşamır... Amma mәsәlә yenә
bunda deyil.
Belәliklә, Tanrı mәnә bir oğlan payı da göndәrdi. “Oğlan
payı” ona görә deyirәm ki, onu övladlığa götürdüm, uşağın bәxti
dә ayaq tutub yeridi! Qardaşım oğludur, yalandan tәriflәmәyәcәyәm,
amma hәqiqi sözümdür, Peysl kimisini tapmaq çox çәtindir.
Demirәm ki, dünyada, amma bizim şәhәrdә, qonşu şәhәrlәrdә,
quberniyalarda belәsinә rast gәlmәzsәn! Canlara dәyәn oğlandır!
Әsl fitri istedaddır! Oxumaq? Buyur! Yazmaq? Muncuq kimi!
Saymaq? Neçәyә qәdәr istәsәn! Fransız dili? Bülbül kimi ötür!
Skripkada çalmaq? Heyran qalırsan! Cüssәli, qәşәng, ünsiyyәti
sevәn... Saymaqla qurtarmır ki!.. Oğlan deyil, buz baltasıdır!
Üstәlik, cehiz kimi bir neçә min rubl verirәm! Әlbәttә! Axı
qardaşım oğludur, övladlığa götürmüşәm, necә dә olsa, qanı
qanımdandır! Göbәlәk kimi yerdәn çıxmayıb ki! Ona layiqli bir
qız qismәt olmalıdır, ya yox? Tәkliflәr hәddindәn artıq çox idi,
mәn isә iki ayağımı bir başmağa dirәmişdim. Bәs necә? Gözümü
yumub, belә qızıl oğlanı küçәdәn keçәnlә evlәndirә bilmәrәm
axı! Amma mәsәlә bunda deyil.
Nә isә, evlilik tәkliflәrinin ardı-arası kәsilmirdi: Kaments,
Yelizavetqrad, Qomel, Lyuben, Mogilyov, Berdiçev, Kamenka,
Brod... Başıma qızıl sәpirdilәr: on min, iyirmi min, on beş min,
on sәkkiz min – bilmirdim hansından yapışım? Bu vaxt ağlıma
bir fikir gәldi: dağda-dәrәdә nә itim azıb? Dedim, elә qoy kor
olsun, axsaq olsun, ancaq özümünkü olsun! Şәhәrdә bir zәngin
adam var, gözünün ağı-qarası bir qızı, gen-bol cehizi, qız da
gözәgәlimlidir, üstәlik, atası mәnimlә qohum olmağa can atır –
cavanlara niyә nişan taxmayaq? Düz demirәm? Ortada söz aparıb-
26