Page 23 - Sholom_Aleyhem_Макет 1
P. 23

MӘRHӘMӘT GÖSTӘRMӘ!




             – Hәddindәn artıq mәrhәmәtli olmaq da bir şey deyilmiş! –
          burnunun üstündә yekә sızanaq olan yekәpәr yәhudi mәndәn
          papiros alır. – Eşidirsiniz? Sizinlәyәm! Mәrhәmәtin dә bir әndazәsi
          olmalıdır, ya yox? Elә biri mәn! Mәrhәmәt, üzüyumşaqlıq, bir dә
          axmaqlıq başıma oyun açdı, evimi yıxdı, ikiqat bәlaya düşdüm!
          Qulaq asın, danışım!
             Allah sanki mәrhәmәtli olmağı alnıma yazıb, iki yetim
          göndәrib mәnә. Bilmirәm, nә günahın sahibiyәm ki, Allah mәnә
          övlad vermәyib. İki yetim götürüb saxlamışam, mәrhәmәt
          göstәrmişәm, onları adam elәmişәm, indi dә başıma qapaz vu-
          rurlar.
             Soruşursunuz ki, yetimlәri haradan tapmışam? Onda gәrәk
          sizә bir qızdan danışım. Mәsәlә belә olub. Bir baldızım vardı,
          arvadımın kiçik bacısı, adı Perldi. Nә deyim, yemә, içmә, gül
          camalına tamaşa elә, dünya gözәli idi! Yaraşığından doymaq ol-
          murdu! Qadınların hamısı belәdir! Lap elә mәnim arvadımı
          götürәk! Yaşa dolsa da, gözәlliyini itirmәyib. Hәyat belәdir dә!
          Oğlanlar qәşәng qız görәn kimi ağılları çaşır, ağına-bozuna,
          cehizә baxmadan alıb başına tac qoyurlar, qızıla tuturlar. Eh, nә
          isә, mәsәlә bunda deyil.
             Baldızım әrә gedәndә hamı deyirdi ki, cәnnәtә düşüb, belә
          xoşbәxtlik yüz ildә bir dәfә baş verir: oğlan varlı ailәdәndir,
          zәngin babasının, pulu başından aşan atasının, sonsuz, hәm dә
          imkanlı әmisinin var-dövlәti ona miras qalacaq. Bir sözlә,
          xoşbәxtlik yox, çim yağdır! Amma mәsәlә bunda da deyil. Söhbәt
          ondan gedir ki, bu cavanların işindәn heç Allah da baş açmaz!
          Belә baxanda, pis oğlana oxşamırdı, ağlı, zәkası yerindә,
          mәrhәmәtli, şәn, hәm dә gülәrüz idi. Amma bir mәnfi cәhәti
          vardı: qumar xәstәsi idi! Qoy Allah günahımdan keçsin, indi o,
          haqq dünyasındadır, ölünün arxasınca danışmaq yaxşı deyil!





                                                              23
   18   19   20   21   22   23   24   25   26   27   28