Page 19 - Sholom_Aleyhem_Макет 1
P. 19
Gimnaziya
olmasa da, başqa yerdә! Fәrqi yoxdur, amma mütlәq qәbul
olunmalıdır! Mәni qәbirә qoysalar da, uşağım gimnaziyada
oxumalıdır!
Eşitdiniz dә! Sizcә, kim höcәtlik elәyir? Mәn, yoxsa o? Gәlin
özümüzü aldatmayaq, arvadımın sözünün qabağına söz qoymaq
olmaz!
Nә isә, söhbәti uzatmayım, oğlumu da aldım yanıma, dünyanı
başdan-başa gәzdim, gimnaziyası olan şәhәrlәrә bir-bir baş
vurduq, bilik sınaqlarının hamısından üzüağ çıxdıq, amma
gimnaziyaların heç birinә qәbul olunmadıq! Niyә? Faizә görә!
İnanın, hәmin vaxt kәnardan özüm özümә dәli kimi baxırdım.
“Ay axmaq! Sәnә nә düşüb? Niyә dәli kimi bir şәhәrdәn o
birisinә qaçırsan? Sәnә çox lazımdır? Bәs birdәn qәbul olundu?
Onda necә?”
Yox, nә deyirsiniz-deyin, inadkarlıq yaxşı keyfiyyәtdir!
Oyunbaz kimi artıq özümü saxlaya bilmirdim. Sanki Allahın
mәnә rәhmi gәldi, haradasa Polşada qarşıma bir gimnaziya çıxdı,
kommersiya әsasında fәaliyyәt göstәrirdi, şagirdlәrin әlli faizi
yәhudilәrdәn, әlli faizi isә qeyri millәtlәrin nümayәndәlәrindәn
ibarәt idi. Amma bir şәrt vardı: uşağını gimnaziyada oxutdurmaq
istәyәn hәr yәhudi özü ilә başqa millәtdәn olan bir şagird dә
gәtirmәli idi. Әgәr mәnim uşağımla yanaşı bu şagird dә imtahan-
lardan uğurla çıxsa vә yәhudi valideyn onun әvәzinә tәhsil
haqqını ödәsә, onda oğlumun qәbul edilmәk şansı vardı... Başqa
sözlә desәk, çiynimdә iki çuval yük daşımalıyam... Anlayırsınız
da? Onsuz da, övladıma görә başım dәrddәdir, üstәlik, özgә bir
uşağın da bütün qayğılarını üzәrimә götürmәliyәm. Mәsәlәnin
başqa tәrәfi dә var: Allah göstәrmәsin, oğlum imtahandan kәsilsә,
hәmin şagird dә o söz... getdi işinin dalınca! Gәzib, soraqlaşıb,
“Xolyava” soyadında bir pinәçinin uşağını tapdım. Sınaq zamanı
gәldi. İnanmazsınız, mәnim “Xolyava”m işlәri korladı, yәni im-
tahandan kәsildi. Özü dә “ilahiyyat”dan! Oğlum mәcbur qalıb
onunla “ilahiyyat” fәnnindәn şәxsәn mәşğul olmağa başladı...
Soruşa bilәrsiniz, oğlumun “ilahiyyat”a nә dәxli? Özünüzü
19