Page 16 - Sholom_Aleyhem_Макет 1
P. 16
Şolom Aleyxem
Bu, başqa mәsәlә! Bığın altından keçmәsәn, işin düzәlmәz!..
Heyif, indi alınmadı, qaldı yanvara. Nә etmәk olar? Deyir gözlә,
göz lә yәk dә! Alışmışıq...
Yanvar gәldi. Yenә mәrәkә başladı, ora get, bura qaç: sabah,
ya da o biri gün yığıncaq olmalıdır, yәni şuranın iclası. Gimnaziyanın
müdiri, inspektoru vә müәllimlәri toplaşacaqlar, yalnız iclasda,
yәni şuradan sonra bilinәcәk ki, oğlum qәbul olunub, ya yox.
Evdә alәm bir-birinә dәyib: arvad yox, yemәk bişirәn yox, çay
dәmlәyәn yox, hәr şey viran qalıb! Bu arvad yenә hara qeyb
olub? Gimnaziyadadır! Daha doğrusu, gimnaziyanın yanında:
soyuqda sülәnir orada, iclasın, yәni şuranın nә vaxt bitәcәyini,
adamların nә vaxt dağılışacağını gözlәyir. Şaxta adamın iliyinә
işlәyir, külәk tüğyan edir, arvadım isә bir ayağını qoyub, o
birisini götürür, soyuqdan әsә-әsә küçәdә gözlәyir! Maraqlı
әhvalatdır! Vәd verilibsә, yәqin, sözlәrini tutarlar. Hәm dә...
Eyhamı başa düşürsünüz dә? Amma gәl arvadla dil tapıb onu
başa sal da! Bir saat, iki saat, üç, dörd saat keçir... Uşaqların
hamısı evә dağılışıb, o isә hәlә gözlәyir. Axır ki, intizar bitir:
qapı açılır vә müәllimlәrdәn biri çıxır. Arvadım cәld irәli şığıyıb
soruşur ki, bilmirsiniz, yığıncaq, yәni şura nә qәrara gәldi? “Niyә
bilmirәm? – müәllim cavab verir, – cәmi sәksәn beş uşaq qәbul
olundu, onlardan sәksәn üçü rus, ikisi isә yәhudidir”. “Konkret
olaraq kim?” “Biri Şepselzon, digәri isә Katsdır!”
Soyadımızı eşidәn arvadım kәpәnәk kimi evә uçub şad xәbәri
gәtirir:
– Tәbriklәr! Şükürlәr olsun, ilahi! Bizi arzumuza çatdırdın!
Qәbul ediblәr! Uşaq daxil oldu!
Sevincdәn göz yaşlarını saxlaya bilmir. Әlbәttә, mәnim dә
kefim kökdür, amma bu münasibәtlә әl qaldırıb oynamaq fikrim
yoxdur – arvad deyilәm ki?! Kişiyәm, kişi!
– Görürәm, sәnin üçün, – arvadım deyir, – bu, o qәdәr dә
sevindirici xәbәr deyil...
– Niyә belә düşünürsәn?
– Sәn, – cavab verir, – çılğın adamlardan deyilsәn. Әgәr
bilsәydin, uşaq necә hәyәcan keçirir, әl-ayağını sallayıb oturmazdın.
16