Page 17 - Sholom_Aleyhem_Макет 1
P. 17

Gimnaziya

          Gimnazist forması, papaq, bel çantası barәdә fikirlәşәrdin, dost-
          tanışı yığıb qonaqlıq verәrdin...
             – Nә münasibәtlә qonaqlıq vermәliyәm? “Barmitsve”dir,
          yoxsa, nişan mәrasimi? – kişiyana tәrzdә soyuqqanlılıqla dillәnirәm.
             Arvadım bunu eşidib özündәn çıxdı vә mәndәn küsdü.
          Arvadın sәninlә danışmaması isә danlaqdan, qarğışdan yüz dәfә
          pisdir. Çünki qarğış tökәndә, heç olmasa, sәsini eşidirsәn, indi
          isә... Kiminlә çәnә döyәsәn? Daş-divarla? Axırı necә oldu? Necә
          olacaq, demişdim axı, arvad istәdisә, onu yolundan fәlәk dә
          döndәrә bilmәz! Bir qonaqlıq elәdik ki, gәl görәsәn! Qohum-
          әqrәbanı, tanış-bilişi çağırdıq, oğlana ağ düymәlәri olan qırmızı
          forma geyindirdik, başına furajka qoyduq, furajkanın da üstündә
          iri emblem vardı – oğlum lap qubernatora oxşayırdı!
             Yazıq uşaq, xoşbәxtlikdәn qanad açıb uçurdu, sanki ona
          ikinci nәfәs vermişdilәr. İyun günәşi kimi işıq saçırdı! Qonaqlar
          yeyib-içib uşağın şәninә tәrif söylәmәkdәn yorulmurdular: “Sağ-
          salamat oxusun, gimnaziya ilә kifayәtlәnmәsin, irәli getsin...”
             – Nә deyim, – bildirirәm, – çox da vacib deyil... Bir neçә
          sinif oxusun, sonra, Allah qoysa, evlәndirәrәm...
             Arvadım isә gülümsünüb gözlәrini bәrәldir. Küsülü olduğumuz
          üçün birbaşa mәnә müraciәt edә bilmir, ona görә dә ucadan
          deyir:
             – Ona deyin, kökündәn yanılır: hәlә dә ötәn günlәrin xülyası
          ilә yaşayır...
             – Ona deyin, – cavab verirәm, – qoy Allah mәnә uzun ömür
          versin, ancaq ötәn günә gün çatmaz...
             – Ona deyin, – yenә arvadım dillәnir, – qoy mәni bağışlasın...
             Qonaqlar qәhqәhә çәkir.
             – Ah, reb Arn, – deyirlәr, – maşallah, әla arvadınız var, göz
          dәymәsin! Arvad deyil, yıxılı evin dirәyidir!..
             Qonaqlar keflәnib rәqs etmәyә başladılar. Dövrә qurub әl-әlә
          tutdular, uşağın başına fırlanıb sәhәrә qәdәr oynadılar, çalıb-
          oxu dular. Sәhәr uşağı da götürüb mәktәbә getdik. Xoruzlar yenicә
          banlayırdı. Gimnaziyanın darvazası, qapısı bağlı, bu soyuqda





                                                              17
   12   13   14   15   16   17   18   19   20   21   22