Page 12 - Sholom_Aleyhem_Макет 1
P. 12

Şolom Aleyxem

            alan var? “İki” veriblәr, vәssalam! Üstәlik, yanına bir “yağlı” çıx
            işarәsi dә qoyublar! Get, saçlarını yol!
                Hay-küy qalxdı:
                – Yenә kәsildi!
                – Çox tәәssüf, – deyirәm, – buna görә uşağı öldürәsi deyiliki?
            Öyrәşmәk lazımdır...
                Arvad әsәbilәşib özündәn çıxır, söyüş yağdırır, beşmәrtәbәli
            qarğışlar tökür. Qadınlar bunu yaxşı bacarır. Açığı, bu hәqarәtlәrә
            dözmәk olar. Amma uşağa yazığım gәlir. Ona baxanda ürәyim
            ağrıyır. Yaşıdları mәktәbli forması geyib gedәcәk, o isә...
                – Ay sәfeh, – oğluma deyirәm, – ay ağılsız! Bәyәm hamını
            gimnaziyaya götürә bilәrlәr? Kimsә kәnarda qalmalıdır, ya yox?
                Bu an arvad üstümә gәlir:
                – Mәslәhәt verәn olmusan? Ağıllıya bax! Sәnә deyәn var ki,
            uşağa nәsihәt ver? Yaxşısı budur, bilikli müәllim tap! Uşağa rus
            dilinin qrammatikasını öyrәtsin!
                Yox, siz bir bunun danışığına fikir verin! Demәli, indi var-
            yoxumu iki müәllimә yedirtmәliyәm? Dini mәktәbdәki müәllimi
            saymasaq, bir müәllim azlıq edir! Amma hәmişәki kimi, bu dәfә
            dә arvad deyәn oldu. Dedi, qurtardı! Geriyә yol yoxdur...
                Nә isә. Danışmaqla qurtaran deyil.  Yeni müәllim tapdıq.
            Milliyyәtcә rusdur (yәhudi deyil, Allah göstәrmәsin), әsl rusdur,
            çünki birinci sinfә daxil olmaq üçün qrammatik biliklәr çәtindәn
            dә çәtindir. Sizә zarafat gәlmәsin! Görün necә sәslәnir: qram-
            ma-ti-ka! “R”, yoxsa “L”? Bu rus müәllim başımıza olmazın
            oyunlar gәtirirdi. Hәtta demәyә dә xәcalәt çәkirәm! Bizi yıxıb
            sürüyürdü, sözün әsl mәnasında, lağa qoyurdu. Mәsәlәn, uşağa
            qrammatika dәrsi keçәndә elә bil “sarımsaq” sözündәn başqa
            heç nә bilmirdi: “sarımsaq”, “sarımsağa”, “sarımsağı”, “sarımsaqlı”...
            Lәnәtә gәlsin onu! Hirs vurmuşdu tәpәmә. Arvadımın gözündәn
            iraq, az qala, müәllimin yaxasından tutub sevimli qrammatikası
            ilә birlikdә küçәyә atacaqdım. Amma arvadımın dünya vecinә
            deyildi: tәki uşaq “sarımsaq”da “r” hәrfini “l” hәrfi ilә sәhv
            salmasın! Tәsәvvür edin, bütün qışı uşağa olmazın әzablar verdik
            ki, nәdir-nәdir, yazda imtahana getmәlidir.




              12
   7   8   9   10   11   12   13   14   15   16   17