Page 9 - Sholom_Aleyhem_Макет 1
P. 9

HEKAYƏLƏR


                              GİMNAZİYA


             Qışdır. Qarşımda ortayaşlı adam әylәşib. Qırmızı saqqalı,
          dәn düşmüş saçları var. Qunduz dәrisindәn tikilmiş nimdaş xәz
          palto geyinib. Söhbәtlәşirik...
             – Adamın özü özünә elәdiyini, – söhbәtә başlayır, – әn qatı
          düşmәni dә etmәz!  Vay o gündәn ki, işin içindә qadın, yәni
          adamın arvadı da ola...
             Sizcә, kimdәn bәhs edirәm? Başınızı yormayın, özümdәn
          danışıram, bәli... Kәnardan baxanda elә gәlir adi adamam, alnımda
          yazılmayıb ki, pulum var, ya yox... Bәlkә, müflisin biriyәm?
          Bәlkә, vaxtilә pulum-param olub, amma indi söhbәt ondan getmir,
          pul nәdir ki? Әl çirki! Baxır onu necә qazanırsan! Hörmәtlә,
          izzәtlә. Başqaları kimi alәmә car çәkib lovğalanmağı xoşlayanlardan
          deyilәm! Әsla!
             Mәnim bildiyim belәdir ki, başını sal aşağı, xırda-xırda işini
          gör, çalış nә şiş yansın, nә kabab... Hәmişә başımı xırda alverlә
          qatmışam, bir neçә dәfә müflis olmuşam, borc verәnlәrlә mәsәlәni
          hay-küysüz yoluna qoymuşam, sonra da bala-bala yenidәn işә
          başlamışam.  Amma adamın başının üstündә  Allah var, mәnә
          xoşbәxtlik nәsib edib, yәni qismәtimә bir hәyat yoldaşı çıxıb...
          (Özü burada yoxdur, amma Allahı buradadır, demәli, tam sәmimi
          danışmaq olar.) Arvadım, әslindә, elә hamıda olduğu kimi, elә
          bildiyiniz hәyat yoldaşı kimidir. Görünüşü, deyәrdim, heç dә pis
          deyil: göz dәymәsin, mәndәn ikiqat cüssәlidir, gözәgәlimlidir,
          bir sözlә, gözәllәr gözәlidir! Ağlına, zәkasına söz ola bilmәz,
          başı kişilәrin başından yaxşı işlәyir...  Ancaq mәhz elә bu,
          arvadımın әn başlıca qüsurudur!  Vay әrinin halına! Noolsun
          ağıllıdır! Amma bir mәsәlә var: Allah әvvәl Adәmi, sonra isә
          Hәvvanı yaradıb... Hünәrin var, bunu arvadıma söylә dә, dәrhal
          cavabını alacaqsan:
             – Allah әvvәl siz kişilәri, sonra da bizi yaradıbsa, bu, onun
          şәxsi işidir. Ancaq  mәnim ayağım bilәni sәnin başın da bilmir!
             – Nә mәnada? – soruşuram.


                                                               9
   4   5   6   7   8   9   10   11   12   13   14