Page 7 - Sholom_Aleyhem_Макет 1
P. 7

hekayәlәrindә sinonim kimi sәslәnir. Maraqlıdır ki, bu şәhәrә
          köçmәzdәn әvvәl Ş.Aleyxem, әsasәn, melodramatik süjetlәri
          olan sentimental povest vә hekayәlәr yazırdı. Odessada qәlәmә
          aldığı satirik “Manexem-Mendl” romanı isә yәhudi yumorunun
          әvәzsiz nümunәsinә çevrildi.
             “Rotşild olsaydım”, “Skripkada çalan”, “Kasrilovkada dreyfus”,
          “Alman” vә digәr bu kimi әsәrlәr dünya әdәbiyyatında “Şolom
          Aleyxem yumoru” ifadәsinin yaranmasına sәbәb oldu. Bu fikir
          1894-cü ildә nәşr olunmuş “Südçü  Tevye” povestindәn sonra
          daha da güclәndi. Әsәrin baş qәhrәmanı, kәndli Tevyenin görkәmi
          kobud  olsa da, incәqәlbli adamdır. Tevyenin mәşәqqәtli hәyatı,
          ailәsinin, xüsusәn dә qızlarının başına gәlәn faciәlәr yazıçı
          tәrәfindәn böyük ustalıqla qәlәmә alınıb. Ş.Aleyxemin Tevyeyә,
          onun әtrafındakı müsbәt xarakterli obrazlara sonsuz mәhәbbәti
          dәrhal nәzәrә çarpır, әsәr mәrhәmәt vә hәyat sevgisi ilә doludur.
          Tevye әn kәdәrli anlarında belә nikbinliyini itirmir, özünün vә
          yәhudilәrin çәkdiyi zillәtdәn, baş alıb gedәn haqsızlıqlardan
          ürәkağrısı ilә danışır. “Göz yaşları içindә gülüş!” –  Tevyenin
          monoloqlarını mәhz belә sәciyyәlәndirmәk olar.
             XX әsrin әvvәllәrindә Ş.Aleyxemin adı artıq dünyaca mәşhur
          yazıçılarla yanaşı çәkilirdi. 1903-cü ildә әsәrlәrinin dördcildliyi
          çap olundu. Dünya şöhrәti qazanmasına baxmayaraq, o, xalqdan
          uzaqlaşmırdı, hәmyerlilәri ilә mütәmadi görüşür, әdәbi-bәdii
          gecәlәrdә, qiraәt axşamlarında hәvәslә iştirak edir, hekayәlәrini
          oxuyurdu.
             Rusiyanı çәnginә almış inqilab dalğası vә yәhudi tәqiblәri
          ailәni mühacir hәyatı yaşamağa mәcbur etdi.  Yazıçı bu çәtin
          vaxtlarda L.Tolstoya, A.Çexova, M.Qorkiyә mәktub yazıb onları
          çapı planlaşdırılan әdәbi topluda fәal iştirak etmәyә çağırdı.
          “Yardım” adlı toplunun satışından әldә olunan vәsait Kişinyovda
          yaşayan yәhudilәrә qarşı törәdilmiş talanlardan zәrәr çәkmiş
          ailәlәrә verildi.
             Ş.Aleyxem 1905–1907-ci illәrdә Lvov, Cenevrә vә Londonda
          yaşadı. Sonra ABŞ-ın yәhudi icmasının dәvәti ilә Nyu Yorka





                                                               7
   2   3   4   5   6   7   8   9   10   11   12