Page 6 - Sholom_Aleyhem_Макет 1
P. 6

gәlmişdi: anasının vәfatından sonra atası ikinci dәfә evlәnmişdi,
            analığı da çox tәkәbbürlü qadın idi, amma әsәblәrini cilovlaya
            bilmir, hey çığır-bağır salır, gecә-gündüz qarğış yağdırırdı.
            Solomon bu qarğışların hamısını sәliqә ilә dәftәrә yazır vә adını
            da “Leksikon” qoyur. Dәftәr tәsadüfәn atasının әlinә keçir,
            oxuyub arvadına verir. Zavallı Solomon gözlәrini yumub gözlәyir
            ki, indi analığı daha ağır qarğışlar yağdıracaq, onu ciddi tәnbeh
            edәcәk. Lakin qadın “Leksikon”u oxuyub xeyli qәhqәhә çәkir,
            Solomonu tәriflәyir vә qarğışdan, söyüşdәn birdәfәlik әl çәkir.
            Hәmin vaxtdan yeniyetmә başa düşür ki, şәrә qarşı әn güclü
            silah xeyirxahlıq vә gülüşdür!
                Solomon 15 yaşında D.Defonun “Robinzon Kruzo” әsәrinin
            ana dilindә yeni versiyasını yazır vә özünә “Şolom Aleyxem”
            tәxәllüsü götürür. Evdә tәhsil alan yeniyetmә sonradan rus
            gimnaziyasını bitirir. 17 yaşı tamam olanda ailә yenidәn Pereyaslava
            köçür. Solomon çörәkpulu qazanmaq üçün hәr işin qulpundan
            yapışmalı olur.
                Ş.Aleyxemin ilk әsәri 1883-cü ildә çap olunmuşdur. Hәyatındakı
            bu әlamәtdar hadisәdәn sonra yaradıcılıqdan bir an belә ayrılmamış,
            yeni-yeni hekayәlәr yazıb müxtәlif әdәbi orqanlara göndәrmişdir.
            Belәliklә, gәnc yazıçı addım-addım şöhrәtin zirvәsinә doğru
            addımlamağa başlamışdır. Qayınatasının ölümündәn sonra ona
            böyük miras qalmış, amma Solomon maliyyә mәsәlәlәrindә naşı
            olduğundan, işi alınmamışdır. Әvvәlcә idiş dilindә çıxan “Yәhudi
            xalq kitabxanası” әdәbi almanaxını maliy yәlәş dir mәyә, gәnc
            müәlliflәrә böyük qonorarlar ödәmәyә başlamış, sonra isә Odessa
            birjasında alış-verişә qoşulmuş vә... pulları havaya sovurub
            müflislәşmişdir.
                Yeri gәlmişkәn, Ş.Aleyxemin yaradıcılığı Odessa ilә sıx
            bağlıdır. O, 1890-cı ildә ailәsi ilә birlikdә bu şәhәrә köçüb,
            “Odesskiy listok” vә “Odesskiye novosti” qәzetlәrindә çalışmağa
            başladı. Şәhәrin qaynar hәyatı, Odessa küçәlәrindә, traktirlәrdә
            görüb-eşitdiklәri yazıçıya gәlәcәk әsәrlәri üçün zәngin material
            verdi. Odessa vә yәhudi yumoru – bu mәfhumlar onun bütün




               6
   1   2   3   4   5   6   7   8   9   10   11