Page 10 - Sholom_Aleyhem_Макет 1
P. 10

Şolom Aleyxem

                – O mәnada ki, sәndәn fәrqli olaraq, hәr şey üçün mәn baş
            sındırmalıyam. Mәsәlәn, uşağı gimnaziyaya düzәltmәk barәdә
            yalnız mәn fikirlәşmәliyәm...
                – Bu, hansı kitabda yazılıb ki, uşaq hökmәn gimnaziyada
            oxumalıdır? Mәncә, elә evdә dә dәrs keçә bilәr.
                – Sәnә min dәfә demişәm, – arvadım özündәn çıxır, – necә
            yaşamağı, necә uşaq böyütmәyi mәnә öyrәdә bilmәzsәn! İndi
            dәbdir: uşaqlar gimnaziyada oxumalıdır!
                – Mәnim düşüncәmә görә, – sözünü kәsirәm, – sәnin ağlın
            çaşıb!
                – Әgәr dünya sәnin düşüncәlәrinlә idarә olunsaydı, – arvadım
            cavab verir, – onda vay dünyanın halına!
                – Hәrә düşündüyü, bildiyi kimi hәrәkәt edir...
                – Allah hәtta düşmәnimin düşmәnini dә o günә qoysun ki, –
            arvadım qarğış edir, – cibindә, sandığında, döşәyinin altında
            sәnin düşüncәn qәdәr pul olsun!
                – Arvada baş qoşan kişinin ağlı yoxdur! – deyirәm.
                – Başı saman çöpü ilә dolu olan kişinin arvadı, – dişlәrini
            qıcayır, – ölsә, bundan yaxşıdır!
                Gәl indi bununla söz gülәşdir dә! Desәn qatıq ağdır, sübut
            edәcәk ki, yox, qaradır! Birini desәn, beşini eşidәcәksәn. Dinmәsәn,
            başlayacaq gözünün qorasını sıxmağa... Bir dә gördün ürәyi
            gedib, yıxılıb evin ortasına. Bu mәqamda sizin halınızı görmәk
            istәrdim!
                Bir sözlә, yәqin, başa düşürsünüz ki, nәticәdә, arvad deyәn
            oldu! Gәlin açıq danışaq: arvad yıxan evi fәlәk dә yıxa bilmәz!
                Nә isә, sözlә deyilәsi deyil, qardaş! Belәliklә, gimnaziya
            oyunu başladı, nә başladı! Mәlum oldu ki, uşaq әvvәlcә “ibtidai
            hazırlıq” kursunu keçmәlidir. Zarafat deyil, bu “ibtidai hazırlıq”
            çox qәliz mәsәlә imiş! Elә görünürdü ki, ruhani mәktәbindә әn
            astagәl, koppuş oğlan yaşıdlarının kürәyini yerә vuracaq! Bәs
            necә? Dünyanı çıraqla gәzsәn, mәnim oğlum kimisini tapa
            bilmәzsәn! Atasına çәkib dә... Başı da hamıdan yaxşı işlәyir...
                Uzun sözün qısası, uşaq getdi imtahana vә... kәsildi! Necә?
            Hesabdan “iki” aldı: dedilәr ki, hesabdan zәifdir, yәni riyaziyyatdan




              10
   5   6   7   8   9   10   11   12   13   14   15