Page 15 - Sholom_Aleyhem_Макет 1
P. 15

Gimnaziya

          kabinetinә ki, üz-üzә, göz-gözә dәrdimi danışım. Allaha şükür,
          müdirlәrlә danışmağın yolunu bilirәm – dilim dә var, dilçәyim
          dә!
             – Buyurun, sizә nә lazımdır? – müdir oturmağa yer göstәrir.
             – Cәnab müdir, – sakitcә qulağına deyirәm, – çox da zәngin
          deyilik, babat dolanırıq, var-dövlәtdәn bir oğlumuz var, oxumağa
          çox hәvәslidir, mәn dә, arvadım da istәyirik ki, övladımız
          mükәmmәl tәhsil alsın!
             Müdir yenidәn soruşur:
             – Axı sizә nә lazımdır?
             Stulu bir az da irәli çәkib tәkrar edirәm:
             – Әziz cәnab müdir! Biz zәngin adam deyilik, var-yoxdan
          bir oğlumuz var, oxumaq arzusundadır, mәnim dә istәyim budur!
          Amma hamıdan çox arvadım arzulayır!..
             “Çox” sözünü xüsusi eyhamla vurğulayıram ki, başa düşsün...
          Eh, deyәsәn, başı çatmır, nә istәdiyimi anlaya bilmir.
             – Axı deyin görüm, nә lazımdır? – müdir әsәbi halda soruşur.
             Әlimi ehmalca cibimә salıram, lazım olan şeyi yavaş-yavaş
          çıxarıb pıçıltı ilә deyirәm:
             – Üzr istәyirәm, cәnab müdir, zәngin adam deyilik, var-
          yoxdan bir övladımız var, yaxşı uşaqdır, oxumaq istәyir. Mәn dә
          istәyirәm oxusun! Amma hamıdan çox arvadım istәyir!
             Bu dәfә “çox” sözünü daha güclü eyhamla vurğulayıb
          cibimdәn çıxartdığım әmanәti ona uzadıram...
             Deyәsәn, düşdü tora! Müdir mәsәlәnin nә yerdә olduğunu
          anlayıb, hansısa kitabçanı götürür, sonra mәnim, oğlumun adını
          soruşur, maraqlanır ki, onu hansı sinfә qoymaq istәyirәm?
             “Bax belә danış, xoşum gәlsin!” – düşünürәm, – başlayıram
          suallarına cavab vermәyә: adım Katsdır, Arn Kats, oğlumun adı
          Moyşe, yәni Moşkodur, istәyirәm üçüncü sinfә getsin. Mәnә
          bildirir: “Әgәr mәnim adım Kats, oğlumun da adı Moyşe, yәni
          Moşkodursa vә onun üçüncü sinifdә oxumağını istәyirәmsә,
          uşağı yanvarda gәtirmәliyәm, hәmin vaxt, yәqin ki, qәbul olunacaq.
          Anladınız?”





                                                              15
   10   11   12   13   14   15   16   17   18   19   20