Page 14 - Sholom_Aleyhem_Макет 1
P. 14

Şolom Aleyxem

                – Dilinә qarayara çıxsın, – arvadım sözümü ağzımda qoyur.
                Uzun sözün qısası, vaxt yetişdi, uşaq yenә imtahana girdi vә
            hamısından “beş” aldı! Burada tәәccüblü heç nә yoxdur! Bütün
            imperiyanı çıraqla gәzsәn, belәsini tapmazsan! Kәllәli uşaqdır,
            vәssalam!
                İndi rahat nәfәs almaq olar, hә? Düz demirәm? Amma qәbul
            olunan uşaqların siyahısı asılanda gördük ki, oğlumun adı yoxdur!
            Yenә hay-küy düşdü, alәm qarışdı, arvadım od püskürdü: “Belә
            dә haqsızlıq olar? Şәrәfsizlәr! Bәs uşaq “beş”lәri niyә alıb? İndi
            gedib onlara göstәrәrәm! İnsafsızlığa bax!”
                Arvadım cumdu gimnaziyaya, çox getdi-gәldi, axırda ona
            dedilәr ki, açıl başımızdan! Qovdular! Özünü güclә evә çatdırdı
            vә bir mәrәkә qopartdı ki, gәl görәsәn! Ah-nalәsi әrşә qalxdı.
                – Bu, nә demәkdir? Sәn necә atasan? Başqaları kimi, övladını
            sevәn, qayğıkeş ata olsaydın, müdirә bir yol tapardın!  Tanış
            axtarardın, әlaqәlәr qurardın!..
                Arvaddır da. Ağzına gәlәni danışır. Onsuz da, işim başımdan
            aşır, fikrim-zikrim mövsümi yarmarkaların, qәbzlәrin, veksellәrin,
            daha nә bilim, nәlәrin yanındadır. Biri mal alır, o birisi qaytarır,
            başımı dәng elәyiblәr. İstәyirsәn, bu gimnaziya mәsәlәsinә görә
            müflis olum? Kifayәtdir, cana doymuşam!
                Adımızı adam qoymuşuq, amma hәrәmizin içindә bir ovuc
            zәhәr var. Bir dә görürsәn, bu zәhәr çıxdı üzә... Mәnim sözüm
            keçmәdi, axır ki, arvad deyәn oldu. Bәs nә bilmişdiniz? Әgәr
            qadın nәsә istәyirsә, qarşısına sәdd çәkmәk mümkün deyil...
                Nә başınızı ağrıdım, başladım әlaqәlәr axtarmağa, tanış
            tapmağa.  Adamların qarşısında alçalırdım, xәcalәt çәkirdim,
            çünki hәr biri soruşurdu, – haqqına soruşurdular! – nә baş verib?
            “Reb Arn, – deyirdilәr, – axı siz imkanlı adamsınız, aman-zaman
            bir oğlunuz var... Niyә başınıza iş açırsınız? Lazım olmayan yerә
            niyә başınızı soxursunuz?” İndi gәl bunları başa sal ki, hәyat
            yoldaşım – Allah ona uzun ömür versin! – tutduğunu buraxmır:
            “Gimnaziya, gimnaziya vә yenә dә gimnaziya!” – deyib durur.
                Mәn dә az aşın duzu deyilәm:  Allahın kömәyi ilә, hara
            lazımdır, ora yol tapdım. Nәhayәt, güc-bәla ilә girdim müdirin




              14
   9   10   11   12   13   14   15   16   17   18   19