Page 18 - Sholom_Aleyhem_Макет 1
P. 18

Şolom Aleyxem

            heç it dә küçәyә çıxmaz... Xeyli gözlәdik, barmaqlarımızın ucuna
            qәdәr donduq. Qapı açılanda sanki dirildik vә nәhayәt, bizi içәri
            buraxdılar.  Tezliklә uşaqlar toplaşmağa başladı, hamısının bel
            çantası, hay-küy, danışıq vә gülüş sәslәri... Zalım uşağı, bir yerdә
            qәrar tuta bilmirlәr ki!
                Bu arada qızılı düymәli forma geymiş bir nәfәr bizә yaxınlaşır,
            görünür, müәllimdir, әlindә dә kağız var, soruşur ki, mәnә nә
            lazımdır. Uşağı göstәrib deyirәm ki, ruhani mәktәbindә oxuyur,
            indi gimnaziyaya gәlib.
                – Hansı sinfә? – hәmin adam soruşur.
                – Üçüncü, – cavab verirәm, – bu yaxında qәbul olunub.
                – Adı nәdir?
                – Kats, Moyşe Kats, yәni Moşko Kats.
                – Moşko Kats? Dәrs dediyim üçüncü sinifdә belә adda uşaq
            yoxdur. Kats var, amma Moşko yox, Mordux...
                – Mordux kimdir? – soruşuram, – Mordux yox, Moşko!
                O isә dediyindәn әl çәkmir: “Mordux!” vә әlindәki kağızı, az
            qala, gözümә soxur.
                Mәn yenә ona “Moşko”, o isә “Mordux” deyir! Yenә “Moşko” –
            “Mordux”, “Mordux” – “Moşko”...
                Mәsәlә aydınlaşanadәk bir-birimizә doyunca “Moşko” –
            “Mordux” dedik... Әcәb işdir, bizim payımıza düşmәli olan şey
            başqasına qismәt olub! Sәn bir taleyin işinә bax! Sәhv olub,
            vәssalam! Hәqiqәtәn, Katsı qәbul ediblәr, amma sәhvәn bizim
            uşağı yox, başqa Katsı! Şәhәrdә bu soyadı daşıyan iki ailә var...
                Mәnzәrәni necә tәsvir edim? Uşaq furajkanın üstündәki
            nişanı çıxaranda siz onun qәmli gözlәrini görәydiniz! Hәmin gün
            oğlum o qәdәr göz yaşı tökdü ki, heç bir qız nikaha girәndә bu
            qәdәr ağlamır! Könlünü almağa çalışdım, üstünә bağırdım –
            xeyri olmadı...
                – Gördün? – arvadıma dedim. – Gördün, nә iş tutdun? Sәnә
            söylәmişdim axı, gimnaziya onun nәyinә lazımdır? Allah elәsin
            ki, hәr şey yaxşı qurtarsın, bircә xәstәlәnmәsin...
                – Xәstәlәnsin bizi gözü götürmәyәn! Mәnim övladım mütlәq
            gimnaziyada oxumalıdır! Bu il dә olmasa, gәlәn il, bu şәhәrdә




              18
   13   14   15   16   17   18   19   20   21   22   23