Page 21 - Sholom_Aleyhem_Макет 1
P. 21

Gimnaziya

          deyirsәn? Mәnim halım arvadın heç vecinә deyil! Dediyindәn
          dönmür! Onu fәlәk dә yola gәtirә bilmәz!..
             Hansını deyim? Düşdüm quyunun dibinә, hәr şey yerlә
          yeksan oldu, işimi dayandırdım, әmlakımı satdım, müflis halına
          düşdüm, dilәnçi kimi yaşamağa başladım, axırda mәcbur qalıb
          onların yanına yollandım. Gәlәndәn sonra bir müddәt gәzdim-
          dolandım, iş qurmaq üçün araşdırma apardım... Nәhayәt, bir
          şәriklә dil tapa bildik.  Tacir idi, özü dә çox insaflı adama
          oxşayırdı... Hә, bacarıqlı adam idi,  Varşavada iş qurmuşdu,
          sinaqoqda xәtir-hörmәti vardı... Amma, әslindә, fırıldaqçı, yalançı
          vә oğru çıxdı! Az qala, mәni dә müflis edib pis günә qoyacaqdı!
          Dalğın-dalğın gәzirdim, fikrimi cәmlәşdirә bilmirdim.
             Bir dәfә evә qayıdanda gördüm ki, oğlum nәsә özünü qәribә
          aparır, danışanda rәngi qızarır, furajkasında da emblem yoxdur.
             Soruşuram:
             – Moyşele, de görüm, emblemin hanı?
             – Hansı emblem?
             – Necә yәni hansı?
             – Hansını deyirsәn?
             – Papağa taxdığını...Bayramda aldığımız tәzә furajka, qabaq
          tәrәfindә emblemi dә vardı...
             Oğlumun rәngi bir az da qızardı.
             – Sökmüşәm...
             – Necә yәni, “sökmüşәm”? – soruşuram.
             Oğlum deyir:
             – Mәn azadam!
             – Necә yәni, “mәn azadam”?
             – Biz hamımız azadıq! – oğlum cavab verir. – Biz artıq
          getmirik...
             – Necә yәni, “biz artıq getmirik”?
             – Öz aramızda razılığa gәlmişik ki, daha gimnaziyaya
          getmәyәk... – oğlum bildirir.
             – Bu, nә demәkdir? – soruşuram, – necә yәni “öz aramızda”?
          Mәn bunun üçün var-yoxdan çıxmışam? Canımı sәnin yolunda





                                                              21
   16   17   18   19   20   21   22   23   24   25   26