Page 24 - Sholom_Aleyhem_Макет 1
P. 24

Şolom Aleyxem

            Qumarı dәlicәsinә sevirdi!  Tәkcә malını yox, canını qurban
            vermәyә hazır idi! Desәydin ki, dünyanın o başında kart oynamağa
            çağırırlar, çaparaq gedәrdi! Әvvәllәr dostları ilә ayda bir dәfә,
            uzun qış gecәlәrindә “altmış altı”, yәhudi “iyirmi bir”i, “tertl-
            mertl” oynayırdı... Sonra aludә oldu, şübhәli adamlarla, avara vә
            fırıldaqçılarla oynamağa girişdi... Yәqin, bilirsiniz, harada qumar
            var, orada çirkin işlәr baş alıb gedir... Qumarbazın yadına axşam
            duası düşәr?  Adәtlәrә әmәl etmirlәr, hamısı başıaçıq gәzir,
            müqәddәs şәnbәnin nә demәk olduğunu tamam unudublar!
            Yәhudiliyә aid digәr ayinlәri belә xatırlamırlar!  Tәrs kimi dә
            Perl ona rast gәldi. Baldızım mömin, ibadәt edәn, Allahı sevәn
            qız idi, әrinin qumar ehtirasına dözә bilmirdi, gecә-gündüz başını
            yastığa soxub için-için ağlayırdı. Dәrd-qәm onu üzüb axırına
            çıxdı, bu bәlaya tab gәtirә bilmәdi, xәstәliyi gündәn-günә
            şiddәtlәndi vә günlәrin birindә pәrvazlanıb bu dünyadan köçdü.
            Amma mәsәlә yenә dә bunda deyil.
                Perl öldü vә altı-yeddi yaşındakı qızı yetim qaldı. Perlin әri
            haradasa Odessada kef çәkirdi, qumar onun hәyatını çoxdan
            zәhәrlәmişdi. Bir dә ayıldı ki, pulları havaya sovurub, baba, ata
            vә әmi mirasından qara qәpik dә qalmayıb! Deyәsәn, axırda
            hәbsә düşdü, yatıb çıxandan sonra bir müddәt sәrgәrdan hәyat
            sürdü, hansısa sağalmaz xәstәliyә tutuldu vә nәhayәt, yoxsulluq
            içindә ölüb getdi. Vәssalam, bu da bir ailәnin qısa vә acı hekayәti.
            Belәliklә, onların yetim qızına sahib çıxmalı oldum. Adı Reyzldir.
            Onu övladlığa götürәndә balaca qız idi, başa düşürsünüz dә...
            Allah mәnә cәza göndәrmişdi, övladım olmurdu, dedim, ilahi
            payıdır, canla-başla qәbul etdim. Hәr şey yaxşı ola bilәrdi, amma
            bәlanın haradan gәlәcәyini bilmәk olmur axı! Bәzәn işlәrin
            hәddindәn artıq yaxşı getmәsi dә adamı qorxudur! Başqa ailәlәrdә
            belә qızlar, adәtәn, mәtbәxdә, analığının әlinin altında böyüyür,
            hәr işә yardımçı olur, samovar qaynadır, qulluq göstәrir. Bizim
            evdә isә bu qız ailәnin doğma üzvünә çevrilmişdi, geyimlәri cüt-
            cüt alırdıq – arvadım nә geyinirdisә, qıza da ondan. Bizimlә eyni
            süfrә arxasında otururdu, bizim yediyimizdәn yeyirdi.  Amma
            mәsәlә bunda da deyil.




              24
   19   20   21   22   23   24   25   26   27   28   29