Page 25 - Sholom_Aleyhem_Макет 1
P. 25

Mərhəmət göstərmə!

             Reyzl yavaş-yavaş böyüdü, mәktәbә qoyduq, hәqiqәti danmaq
          günahdır, yaxşı qız idi, sakit, abırlı-hәyalı, sözәbaxan, mәrhәmәtli,
          ağıllı-kamallı: onu  doğma balam kimi sevirdim! Bilirsiniz dә,
          uşaqlar bir göz qırpımında böyüyür: gözünü açmağa macal
          tapmamış, bir dә görürsәn ki, budur, qızın әrә getmәk vaxtı çatıb.
          Tәrs kimi, tifili yağ-bal içindә böyütmüşdüm, hündürboy, qamәtli,
          sağlam vә gözәl – sanki tәzә-tәr qızılgül idi! Bu illәr әrzindә
          arvadım bir az cer-cehiz dә yığmışdı, nә bilim, köynәklәr,
          yataqağılar, yastıqüzü... Düşünürdüm ki, özüm dә cehiz kimi bir
          neçә yüz rubl verәrәm, ürәyi istәyәni alar. Nә isә, başladıq adaxlı
          axtarmağa. Belә bir qıza, yetimә necә әr lazımdır? Doğma
          valideynlәrini itirib, atası, Allah günahımdan keçsin, avaranın,
          qumarbazın biri olub, mәnim isә ona cehiz kimi milyonlar
          vermәyә imkanım yoxdur. Demәli, elә bir oğlan tapmaq lazımdır
          ki, arvadını, ailәsini dolandıra bilsin. Belәsini haradan tapasan?
          Varlı ailәnin övladı yaxın gәlmәz, pinәçi, ya da dәrzi namizәdi
          dә mәn yaxına qoymuram: hәr necә dә olsa, baldızımın qızıdır,
          doğma övladım sayılır! Amma Allah üzümüzә güldü, bir oğlan
          rast düşdü, yaşı iyirmidәn bir az çox olardı, prikazçik idi, babat
          qazanırdı, qәpiyi-qәpik üstünә qoymağı öyrәnmişdi, bir az pul
          da yığa bilmişdi. Uzun sözün qısası, oğlanla söhbәt etdim, әmin
          oldum ki, qıza babdır! Bәyәnmişdi onu! Reyzlin ağzını aradım!
          Kimә deyirsәn? Daş-divar dillәndi, qızdan sәs çıxmadı! Nә
          mәsәlәdir? Oğlanı bәyәnmir, ona belә әr lazım deyil, vәssalam!
          Ay axmaq, bәs sәni kim alacaq? Ağ atlı şahzadә? Susur! Başını
          aşağı dikib dillәnmir. Amma mәsәlә yenә bunda deyil.
             İndi isә bu söhbәti yarıda kәsib, sizә yeni bir әhvalat
          danışmalıyam. Amma bu әhvalatın söhbәtә bilavasitә dәxli var –
          әslindә, hәr ikisi bir-birini tamamlayır.
             Mәnim Moyşe-Gerşl adlı kiçik qardaşım vardı. Başına bir iş
          gәlmişdi – deyәsәn, mәnim dә işim-peşәm elә әhvalat danışmaqdır –
          cümә günü hamamda çimәndә bәlaya düşmüşdü.  Tasın içinә
          soyuq su әvәzinә qaynar su doldurublar, o da sәhvәn başına
          töküb vә yanıb. Zavallı, sәkkiz gün xәstәxanada yatdı vә öldü.





                                                              25
   20   21   22   23   24   25   26   27   28   29   30