Page 27 - Sholom_Aleyhem_Макет 1
P. 27

Mərhəmət göstərmə!

          gәtirәn iki elçi var, sözümü qızın atasına, onun dediklәrini dә
          mәnә çatdırırlar. Qız evi tәlәsdirir... Amma mәsәlә bunda deyil.
             Nә isә, qәrara alındı ki, qızın atası ilә sövdәlәşmәk üçün
          görüşәk. Zәmanә dәyişib. Әvvәllәr qızı alıb gәtirirdilәr evә,
          yalnız bundan sonra bәyә göstәrirdilәr. Necә deyәrlәr, qız evindә
          toydur, oğlanın xәbәri yox! Amma indi dәb başqadır. Әvvәlcә,
          cavanların ağzını arayıb razılıq almaq, onları görüşdürmәk
          lazımdır, sonra tәrәflәr rәy bildirәcәk! Yәni bir-birini bәyәniblәr,
          ya yox?.. Bәzәn cavanlarla әvvәlcәdәn danışmağa ehtiyac qalmır,
          mәlum olur ki, onlar haçandı görüşürlәr... Demәli, iş yüngüllәşir.
          Oğlumdan soruşuram: “Peysl, filan qız xoşuna gәlir?” Rәngi
          qızarır, cavab vermir. Düşünürәm: “Hә... Әgәr susursa, demәli,
          razıdır. Çünki susmaq razılıq әlamәtidir! Utandığından qızarıb”.
          Qәrara alındı ki, cavanlar adәti üzrә axşam qız evindә, sonra isә
          bizdә görüşsünlәr. Başqa nә problem var? Qalır süfrә açıb, qonaq
          qarşılamaq. Amma mәsәlә bunda da deyil.
             Günlәrin birindә sәhәr yataqdan qalxıram, mәnә bir mәktub
          uzadırlar. Kimdәndir? Bir faytonçu gәtirib. Zәrfi açıb oxuyuram,
          gözlәrim qaralır. Nәdәn bәhs edir? İndi deyәrәm. Mәnim Peyslim
          yazır ki, günahından keçim, çünki Reyzlә qoşulub qaçıb... Başa
          düşürsünüz? Bizdәn xәbәrsiz evlәnmәk... Eşidirsiniz? Yazıb ki,
          onları axtarmağa cәhd göstәrmәyim, çox uzaqlara gediblәr...
          Görürsünüz dә günümü? Bildirir ki,  Allahın izni ilә, nikaha
          girәndәn sonra qayıdacaqlar... Sәn bir bunun mәktubuna bax!
          Arvadımdan heç danışmağa dәymәz, yazığın üç dәfә ürәyi gedib,
          çünki özünü günahkar sayır: axı Reyzl bacısı qızıdır!
             – Bax belә! – deyirәm, – evimdә ilan bәslәmişәm...
             Arvada dişimin dibindәn çıxanı deyib ürәyimi boşaltdım...
          Amma mәsәlә bunda deyil.
             Mәncә, söylәmәyә ehtiyac yoxdur, başa düşürsünüz ki, içim
          özümü yandırır, çölüm özgәni. Belә dә haqsızlıq olar? Yad uşağı
          övladlığa götür, onu yoxsulluqdan, yetimlikdәn qurtar, tәrbiyә
          verib ağ günә çıxar, әvәzindә dә qardaşım oğlunu yoldan çıxarsın?
          Azğın kimi bağırırdım, vurnuxub saçlarımı yolurdum, az qalmışdı,





                                                              27
   22   23   24   25   26   27   28   29   30   31   32