Page 22 - Sholom_Aleyhem_Макет 1
P. 22

Şolom Aleyxem

            fәda elәmişәm ki, siz sonra öz aranızda razılığa gәlәsiniz? Başın
            xarab olub? Bәlaya bir bax! Ay Allah, tәki hәr şey yaxşı olsun,
            uşaqların әmәllәrinә görә bizdәn başqa kim cavab verәcәk?..
                Bunları deyә-deyә özümdәn çıxıram, adi atanın övladına
            oxuduğu moizәni tәkrarlayıram... Görәsәn, arvad mәsәlәdәn
            xәbәrdardır?  Allah onun canını sağ elәsin!  Arvadım gözünü
            yumub, ağzını açdı: hәr şeydәn bezmişәm, sәnin dünya vecinә
            deyil... Hәyatdan bixәbәrsәn... Zәmanә dәyişib, adamlar ağıllanıb,
            azadlıq, bәrabәrlik dövrü yetişib, artıq varlı-kasıb, ağa-nökәr
            yoxdur, kimsә kimsәyә әmr verә bilmәz, kimsәnin haqqı yoxdur
            ki, başqasının tikәsini yesin...
                – Sәn bunun danışığına bax? – deyirәm. – Әziz arvadım, bu
            dillәri sәnә kim öyrәdib? Bu, nәsә tәzә xanәdir, yeni sözlәrdir...
            Sanki toyuqları hindәn buraxıblar: “Kiş-kiş, çıxın azadlığa!”
                Arvadın başına elә bil qaynar su tökdülәr, dişinin dibindәn
            çıxanı mәnә deyib qeyb oldu... Әlac nәdir? “Möhtәşәm çıxış”ını
            sonadәk dinlәmәsәm, evin altını üstünә çevirәr!
                – Bilirsәn nә var? – deyirәm. – Kifayәtdir! Yetәr! Boynuma
            alıram: günahkaram, sәhvlәrim çox olub, amma indi evdә әmin-
            amanlığın bәrqәrar olmasını arzulayıram!
                Arvadım isә heç nә eşitmәk istәmir.
                – Yox, – deyir, – bilmәliyәm, niyә, sәbәb nәdir, kimin ağlına
            gәlib, mümkündürmü, nә demәkdir, necә baş verib, necә olur ki,
            hәlә dә davam edir?...
                Allahı sevirsinizsә, deyin, arvadı... kim yaradıb?




















              22
   17   18   19   20   21   22   23   24   25   26   27