Page 28 - Sholom_Aleyhem_Макет 1
P. 28

Şolom Aleyxem

            dәli olum! Amma digәr tәrәfdәn dә düşünürdüm ki, qәzәblәnmәyin
            xeyri nәdir? Saçımı yolmaqla nәyә nail olacağam? Nәsә bir tәcili
            tәdbir görmәk lazımdır, bәlkә, bu izdivacın qarşısını ala bildim.
            Hәr şeydәn әvvәl verdim özümü “rәis”in yanına, bığının altından
            keçdim. Әrizә yazdım ki, baldızımın qızı filankәs evimdә yaşayıb,
            filan-filan işlәr görüb, mәni soyub, oğlumu (onu da övladlığa
            götürmüşәm) yoldan çıxarıb vә onunla birlikdә namәlum istiqamәtә
            qaçıb. Sonra açdım pul kisәsinin ağzını, alәmә xәbәr göndәrdim,
            xüsusәn dә bizim mahalın bütün şәhәr vә kәndlәrinә... Allahın
            mәnә yazığı gәldi, onları yaxaladılar. Harada? Yaxınlıqdakı kiçik
            bir şәhәrcikdә. Tәbrik edirәm!
                Onların yaxalanması xәbәri gәlәndә rәislә birlikdә hәmin
            şәhәrciyә yollandıq. Sәfәrdәn danışmaq istәmirәm, amma canıma
            qorxu düşmüşdü: bәlkә, macal tapıb nikaha giriblәr, onda necә
            olsun? Bәlkә, iş işdәn keçib? İt dә gedib, ip dә!.. Bәxtim varmış,
            nikah kәsdirmәyә macal tapmayıblar.  Amma deyirlәr, dәrd
            batmanla gәlir. Şikayәt әrizәsindә yazmışdım ki, mәni soyublar.
            Tutdular bunun ucundan, mәhkәmә oldu vә onları hәbsxanaya
            atdılar. Bu hәbsxana mәsәlәsi mәnә heç dә başucalığı gәtirmir,
            hay-küy qaldırdım ki, mәni soyan baldızımın qızıdır, oğlumun
            (necә olsa da, oğlum sayılır) bu işdәn xәbәri yoxdur. Peysli azad
            etmәk istәyәndә dedi: “Әgәr oğurlamışıqsa, demәli, bu işi birlikdә
            görmüşük!” Eşitdiniz dә? Bunu lәnәtә gәlmiş qız öyrәdib!
            Bilirsiniz onun canında nәlәr var?.. Hә, indi deyin, mәrhәmәtli
            olmağın yeri var? Yetimә әl tutmağa dәyәr? Sizdәn xәbәr alıram,
            o, mәrhәmәtә layiqdirmi? Nә deyim, onları hәbsxanadan çıxarmaq
            üçün çox әllәşdim. Çarәm nәdir? Oğlana görә qıza da bәraәt
            verdirmәli idim. Nә isә, qayıtdıq evә. Amma mәsәlә bunda deyil.
                Qızı evә buraxmadım, kәnddә onun qohumlarının birindәn
            ev kirayәlәdim. Qohumunun adı Moyşe-Meyerdir, sadә kәnd
            adamıdır. Peysli isә evә gәtirib, dilә tutmağa başladım:
                – Mәnә rәhmin gәlsin, – dedim, – sәni oğulluğa götürdüm,
            evlәnәndә minlәrlә rubl pul verәcәyәm, var-dövlәtimi sәnә miras
            qoyacağam, sәn isә başıma belә oyun açırsan!





              28
   23   24   25   26   27   28   29   30   31   32   33