Page 33 - Sholom_Aleyhem_Макет 1
P. 33

ALMAN

             ...Dediyim kimi, derajnyalıyam, yәni Podolsk quberniyasında
          yerlәşәn kiçik Derajnya kәndindәn. Düzdür, bu gün Derajnya
          özünün dәmir yolu, stansiyası vә vağzalı ilә şәhәri xatırladır...
          Derajnya stansiyaya çevrilәndә digәr kәndlәrin әhalisi paxıllıqdan
          partlayırdı: zarafat deyil, Derajnyadan dәmir yolu keçir! Elә
          bilirdilәr, bundan sonra pul sel kimi axacaq. Qızılı xәlbirlә
          yığacağıq! Eh, yel әsib, qoz tökülüb...
             Әtraf kәndlәrdә yaşayanlar şәhәrә köçmәyә başladılar.
          İmkanlılar köhnә evlәrini söküb, tәzәsini tikdilәr, dükanlar açdılar,
          әtin qiymәti qalxdı, qәssablar üçün yeni iş yerlәri açıldı, tәzә
          sinaqoq vә qәbiristanlığı genişlәndirmәk barәdә düşünmәyә
          başladılar – bir sözlә, hәyat qaynadı! Sizә zarafat gәlmәsin!
          Dәmir yolu, stansiya, vağzal!
             Düzdür, faytonçular әvvәlcә etiraz etmәyi düşünürdülәr,
          nәdәnsә, bu vurhavur ürәklәrinә yatmırdı, amma kimdir onları
          vecә alan? Relslәri döşәdilәr, vaqonları gәtirdilәr, vağzal tikdilәr,
          zәng asdılar, “Derajnya stansiyası” yazılmış lövhәni dә divara
          vurdular – hә, faytonçular, indi gedin, kimә istәyirsiniz, şikayәt
          edin!
             Qatarlar gedib-gәlmәyә başlayanda arvadım mәndәn soruşur:
             – İoynele, indi nә edәcәksәn? (Adım İoynadır.)
             – Mәn? – cavab verirәm, – necә yәni nә edәcәyәm? Hamı
          necә, mәn dә elә. Derajnyanın bütün yәhudilәri sәhәrdәn-axşama
          kimi stansiyada sülәnir, onlardan nәyim artıqdır ki?
             Әsamı götürüb getdim vağzala, Allahın kömәyi ilә “tacir”
          oldum. “Tacir” nә demәkdir? İşi bundan ibarәtdir: tutaq ki, kimsә
          bir vaqon taxıl almaq üçün sövdәlәşib, “tacir” dә hәmin taxılı
          vaqona yüklәtdirib lazımi ünvana göndәrmәlidir. Derajnyalı
          yәhudilәrin ucdantutma “tacir”ә çevrilmәsi heç dә yaxşı olmadı,
          adamlar çәtinlik çәkir, dәridәn-qabıqdan çıxırlar: hәrdәn kәndlidәn
          bir kisә çörәk alıb әldә satırsan; ya qazanırsan, ya da itirirsәn,
          gah da dәllallıq elәyirsәn, heç nә alınmır. Nә isә, ürәkaçan iş





                                                              33
   28   29   30   31   32   33   34   35   36   37   38