Page 38 - Sholom_Aleyhem_Макет 1
P. 38

Şolom Aleyxem

            tüpürüb deyinir. Dik atılır, yastıqları döşәmәyә çırpır, öz dilindә
            söyür: “Zum Teufel! Sacramento! Donnerwetter!”
                Sәhәr isә yenә “Quten Morgen!” Yenә qәlyan, gülümsәmәk,
            içki vә mәni dә qonaq elәmәk... Bu minvalla bir neçә gün keçdi.
            Nәhayәt, onun dediyi maşınlar yüklәnmiş vaqonlar gәldi, alman
            işini başa vurdu vә getmәk vaxtı yetişdi.
                Alman әşyalarını yığıb mәndәn xahiş edir ki, hesabı söylәyim.
                – Hesablamalı bir şey yoxdur, – deyirәm. – Hesab cüzidir.
            Cәnab alman, siz vur-tut yüzün dörddәbirini ödәmәlisiniz...
                Gözlәrini döyüb baxır, sanki demәk istәyir: “Heç nә anla -
            mıram!”
                Almanca başa salmağa çalışıram:
                – Siz, cәnab alman, hesab üzrә iyirmi beş rubl, yәni “fün-
            fundtsvantsiq rubl” ödәmәlisiniz!
                Barmaqlarımla göstәrirәm – on, on vә beş. Heç tükü dә
            tәrpәnmir. Elә bil onunla deyilәm!
                Qәlyana dәrin qullab vurub gülümsәyir vә deyir ki, bilmәk
            istәrdi, nәyә görә iyirmi beş rubl? Bir parça kağız vә qәlәm
            götürüb hesabı bәnd-bәnd söylәmәyi xahiş edir...
                “Ay sәni, alman, – düşünürәm, – başın yaxşı işlәyir, amma
            mәn sәndәn dә ağıllıyam! Ayağım bilәni sәnin heç başın bilmir!”
                – Rica edirәm, yazın, cәnab alman, – deyirәm, – evә görә,
            yәni “ştantsion” – bir rubl әlli qәpikdәn altı gün üçün, bu, doqquz
            rubl, altı dәfә ikidәn – elәyir on iki samovar, hәrәsi iki yarım
            altından – elәdi doxsan qәpik. Hәr gün sәhәr on, axşam da on yu-
            murta, altı gün – yüz iyirmi yumurta, bu da iki manat. Altı bul -
            yon, hәrәsi yarım altından altı toyuq, yarmanı, qızardılmış çörәk
            tikәlәrini, cәfәri, soğanı hesaba almırıq, yerdә qalan xırım-xırda
            ilә birlikdә – yuvarlaq hesabla altı manat. Altı gecә – altı lampa –
            altmış qәpik. Şnapsı özünüzlә gәtirib içmisiniz – iki manat, çay
            vә qәnd almamışdınız – bir manat, demәli, hamısı üç manat
            elәyir. Bizdәn şәrab istәmәdiniz – bir rubl, demәli, dörd rubl.
            Süfrәyә pivә gәlmәyib – yetmiş qәpik. Bir sözlә, beş rubl alınır...
            Amma hesabın yuvarlaq olması üçün beş rubl әlli qәpik yazın.
            Hә, cәnab alman, bәyәm hamısı cәmi iyirmi beş rubl elәmir?..



              38
   33   34   35   36   37   38   39   40   41   42   43