Page 43 - Sholom_Aleyhem_Макет 1
P. 43

Alman

             – Bәli, – bildirirlәr. –  Amma hal-hazırda otaqda yoxdur.
          Zәhmәt olmasa, axşam saat onda gәlin.
             Axşam saat onda gәlirәm – Qorgelşteyn yoxdur. Deyirlәr ki,
          onu sәhәr saat onda tapa bilәrәm. Sәhәr gәlirәm: “Qorgelşteyn
          hardadır?” Yoxdur. İndicә burada idi vә xahiş etdi: “Derajnyadan
          gәlәn olsa, deyin, ya günorta saat üçdә, ya da axşam saat onda
          gәlsin”. Saat üçdә, sonra da onda gәlirәm – Qorgelşteyndәn
          xәbәr yoxdur!
             Uzun sözün qısası, düz altı gün, altı gecә sәrasәr Odessada
          sülәndim, xәstәlәndim, yuxum әrşә çәkildi, uzun әzab-әziyyәtdәn
          sonra, axır ki, Qorgelşteyni tapdım. Gözәl qara saqqalı olan bu
          tacir mәdәni adama oxşayırdı. Mәni çox mehriban qarşıladı,
          oturmağa yer göstәrdi.
             – Demәli, – yarıyәhudi, yarıalman dilindә mәnә müraciәt
          edir, – Derajnyadan gәlәn hәmin adam sizsiniz?
             – Bәli, mәnәm, – cavab verirәm, – Derajnyadan gәlәn adam!
          Nә qulluq?
             – Keçәn il evinizdә bir alman yaşayıb?
             – Bәli. Necә bәyәm?
             – Heç, elә-belә. Hәmin alman biznes ortağımdır. Londondan
          mәnә mәktub göndәrib. Xahiş edir ki, Odessada olanda mütlәq
          sizinlә görüşüm. Böyük salamları var, ona rahat vә sakit “ştantsion”
          verdiyiniz üçün minnәtdardır, ömrü boyu heç vaxt, tәkrar edir,
          heç vaxt unuda bilmәyәcәyi qonaqpәrvәrliyә vә xoş münasibәtә
          görә ürәkdәn tәşәkkürünü bildirir!



                                    ***
             Görürsünüz dә başıma gәlәnlәri? Düşünürәm ki, bayramdan
          sonra, әgәr hәr şey yaxşı olsa, Derajnyadan köçüm, cәhәnnәm
          olub gedim buradan, fәrqi yoxdur hara, tәki canım bu lәnәtә
          gәlmiş almandan qurtarsın, başına daş düşsün!









                                                              43
   38   39   40   41   42   43   44   45   46   47   48