Page 44 - Sholom_Aleyhem_Макет 1
P. 44

YÜZ BİR

                Buq çayı Dnepr vә Dnestr çayları arasındakı әrazinin cәnub
            hissәsindә yerlәşir, hәr üçü Qara dәnizә tökülür. Buq çayı iki
            quberniyanı – Xerson vә Podolskı bir-birindәn ayırır, yәhudilәrin
            mәskunlaşdığı Qolta vә Boqopol qәsәbәlәri dә burada yerlәşir.
            Әslindә, şәhәr elә bu qәsәbәlәrdәn ibarәtdir, sadәcә çay әrazini
            ikiyә bölüb, sanki qayçı ilә kağız parçasını ortadan kәsmisәn,
            adamların gediş-gәlişi isә yalnız körpü vasitәsi ilә mümkündür.
            Bu körpü iki qәsәbәni yenidәn birlәşdirib: indicә Boqopolda
            idin, beş dәqiqәdәn sonra, buyur, Qoltaya xoş gәlmisәn. Geriyә
            dә hәmin yolla qayıda bilәrsәn: bir dәqiqә әvvәl Qoltada idin,
            gözünü açıb-yummağa macal tapmırsan, artıq Boqopoldasan!
                Qolta uzun illәr kәnd sayılırdı, Boqopol isә qәsәbә. Ona görә
            dә 1882-ci il mayın 3-dә verilmiş fәrmana әsasәn, Qoltada yeni
            yәhudilәrin mәskunlaşması qadağan olunmuşdu.
                Hәmin vaxtdan Qolta boqopollu yәhudilәr üçün yağlı tikәyә
            çevrilmişdi. Onlar mәhz mayın 3-dәn sonra Qoltaya köçmәk
            hәvәsi ilә alışıb-yanırdılar.
                Bu tarixdәn etibarәn, boqopollu yәhudilәr Qoltaya gizlincә
            köç etmәyә başladılar. Amma mәqsәdә nail ola bilmәdilәr. Onları
            körpünün yanına gәtirib, geri – Boqopola göndәrdilәr: “Cәnab
            İtsko, haydı, qayıdın birbaş boqopollu ravvinin yanına!” Adamları
            bәzәn bir söz söylәmәdәn geri qaytarırdılar, ya da istehza ilә
            deyirdilәr: “Nә yoğurdum, nә yapdım, hazırca kökә tapdım, hә?
            Xoş gәldiniz!”
                – Rәhm edin! – köçkün etirazını bildirirdi. – Neçә illәrdir,
            qoltalı sayılıram! Oradakı sinaqoqda mәnim dә bir küncüm var!
            Qәbiristanlıqda o qәdәr qohum-әqrәbam yatır ki!
                Amma etirazları vecә alan yox idi.
                – Kağızları göstәr! Sәnәdlәri qoy ortaya!
                Sәnәdlәrlә bağlı çәk-çevir, vurnuxma başlandı.  Yәhudilәr
            arasında ağ kağıza tәlәbat artmışdı. Minnәtçilәr, aradüzәldәnlәr
            köç mәsәlәsindә var-dövlәt qazandılar, çuğulçuların da işi başdan
            aşırdı... Bәzilәri yalan-doğru, hansı yollarlasa sәnәd әldә edә




              44
   39   40   41   42   43   44   45   46   47   48   49