Page 11 - Sholom_Aleyhem_Макет 1
P. 11

Gimnaziya

          piyadadır... Әcәb işdir! Uşağın biliyi aşıb-daşır, bunlar isә mәnә
          hansısa riyaziyyatdan dәm vururlar!
             Lakin faktı danmaq olmaz – uşaq kәsildi! Gәrәk belә
          olmayaydı! İmtahan vermәyә getmişdi, mütlәq yaxşı qiymәt
          almalı idi. Amma mәn qadın deyilәm ki, kişiyәm, düşündüm:
          “Cәhәnnәm olsun! Kişinin başına iş gәlәr dә...”
             İndi gәl arvadı başa sal! Bu gimnaziya söhbәti ağlına elә
          girib ki, başqa heç nә eşitmәk istәmir. Onu dilә tutmağa çalışıram:
             – Qadası, bir mәni başa sal görüm, axı bu gimnaziya sәnin
          nәyinә gәrәkdir? Bәyәm xoruz yox idi, sәhәr açılmırdı? Gimnaziya
          uşağa lazımdır? Bәyәm orda oxumasa, çörәkpulu qazana
          bilmәyәcәk? Mәnim kimi dükançı olsa, ya da başqaları kimi
          tacirlik elәsә, pis olar? Allah qoysa, birdәn taleyinә zәngin iş
          adamı, ya da bankirlik yazılıbsa, heç dәrdim olmaz!
             Kimә deyirsәn? Sözlәrim sanki divara dәyib qayıdır. Arvad
          eşitmәk belә istәmir, öz bildiyini deyir:
             – Yaxşı oldu, “ibtidai hazırlıq” kursuna düşmәdi.
             – Niyә?
             – Elә ona görә! Birbaşa yuxarı hazırlıq sinfinә gedәr!
             Nә deyirәm, olsun yuxarı hazırlıq sinfi. Dünya dağılmaz ki?
          Fәrasәtli uşaqdır, itib-batmaz...
             Mәsәlә necә bitdi? Uşaq bu dәfә dә imtahandan “iki” ilә
          qayıtdı! Düzdür, bu dәfә riyaziyyatın heç bir “günahı” yox idi.
          Dedilәr ki, yazı qaydalarından, yәni orfoqrafiyadan çox zәifdir.
          Hәrçәnd pis yazmır, ancaq sözlәrdә “r” hәrfinin yerinә “l” yazır,
          yәni necә tәlәffüz edirsә, elә dә yazır...
             Başımıza gәlәnlәrә bax! Heç bilmirәm, necә olacaq? Әgәr
          oğlum kefi istәyәndә “r” әvәzinә “l” yazırsa, onda mәn Poltava,
          yaxud Lodz yarmarkalarına necә gedәcәyәm?
             Nә isә, bu “xoş” xәbәri bizә çatdıranda arvadım burnunu
          salladı: dәrhal gimnaziya müdirinin yanına qaçdı, yalvardı,
          yaxardı, inandırmağa çalışdı ki, uşaq biliklidir, bacarığı var,
          sәhvini düzәldәr... Qoy tәzәdәn imtahan elәsinlәr, yenidәn
          yazdırsınlar, yazı qaydalarını soruşsunlar... Arvadın sözünü vecә





                                                              11
   6   7   8   9   10   11   12   13   14   15   16