Page 8 - Sholom_Aleyhem_Макет 1
P. 8
köçdü. Amma vәtәnlә әlaqәni kәsmәdi, 1908-ci ildә Polşa vә
Rusiyaya sәfәr edib, saysız-hesabsız pәrәstişkarları ilә görüşdü,
yeni әsәrlәrini oxudu.
Birinci Dünya müharibәsi başlayanda Ş.Aleyxem Almaniyanın
kurort şәhәrciklәrindәn birindә dincәlirdi. Rusiya vәtәndaşı olduğu
üçün onu dәrhal ölkәdәn qovdular. Lakin Rusiyaya qayıtmağın
mәnası yox idi, ona görә dә yazıçı yenidәn Amerikaya getdi. İlk
vaxtlar yerli mәtbuat mühacir yazıçıya böyük maraq göstәrirdi,
hekayәlәri mütәmadi dәrc olunurdu. Lakin bir müddәt sonra
Ş.Aleyxem tamam unuduldu. Sәbәb isә gülünc idi: “Әsәrlәri
Amerikanın bulvar mәtbuatına uyğun gәlmir!” Yazıçı bu hadisәni
mәktublarından birindә satirik formada şәrh edirdi. Hәmin
günlәrdә on funt kökәlәn Ş.Aleyxem deyirdi: “...belә getsә, bir
ildәn sonra çәkim 330 funt olacaq. Bu çәki ilә Amerikada mәşhur
olmağa nә var? Heç nә yazmaq lazım deyil! Sadәcә elan verirsәn:
“Möcüzә! Tez gәlin! Baxın! Mәәttәl qalacaqsınız! Dünyanın әn
gonbul yumoristi! Çәkisi 330 funt olan Şolom Aleyxem! Giriş
bir dollar! Gәlin, peşman olmayacaqsınız!”
Ş.Aleyxem müharibә bitәn kimi gәmiyә minib vәtәnә qayıtmağı
arzulayırdı. Lakin 1916-cı il mayın 13-dә Nyu Yorkda 57 yaşında
vәrәm xәstәliyindәn vәfat etdi. Yazıçını Bruklinin Maunt-Nebo
mәzarlığında dәfn etdilәr. Vәsiyyәtindә yazmışdı: “Harada
ölmәyimdәn asılı olmayaraq, mәni aristokratların, zәnginlәrin vә
zadәganların arasında dәfn etmәyin. Qoy mәni sadә yәhudi
fәhlәlәri, xalqın nümayәndәlәri ilә yanaşı basdırsınlar. İstәrdim
ki, mәzarım üstünә qoyulacaq heykәl onların da qәbrini bәzәsin.
Bu sadә adamların qәbirlәri dә öz növbәsindә mәnim heykәlimә
bәzәk olsun. Bilin ki, xalqın yazıçısı kimi, sağlığımda da onlar
hәyatımın bәzәyi idilәr!”
Fәrhad Abdullayev
8