Page 5 - Sholom_Aleyhem_Макет 1
P. 5

Ön söz


             “Salam” – xoşbәxtliyin sirridir!
             “Şolom Aleyxem”, yәni “Salamәleyküm!” Bu mәşhur kәlamı
          özünә yaradıcılıq tәxәllüsü seçmiş yәhudi yazıçısı Solomon Nau-
          moviç Rabinoviç hәr әsәrindә sanki insanlara mesaj göndәrir:
          bir-birinizә salam vermәkdәn çәkinmәyin, dünyanın bütün
          xoşbәxtliklәrinin açarı bu kәlmәyә bağlıdır; xoş ünsiyyәt qurmağa,
          mehriban vә gülәrüz olmağa çalışın, bir-birinizә yardım әli
          uzadın, kin-küdurәti unudun, birlik, qardaşlıq vә dostluq qәm-
          qüssәyә, acıya, bütün çәtinliklәrә qalib gәlir!
             Müasirlәrinin yazdığına görә, Şolom Aleyxem şәn, gülәrüz,
          mәzәli adam idi. Zarafatı xoşlayırdı vә başqalarına da daim
          gülümsәmәyi, әn çıxılmaz vәziyyәtlәrdә dә yumor hissini
          itirmәmәyi tövsiyә edirdi. Vәsiyyәtindә yazmışdı ki, ölümünün
          ildönümündә mәzarı başında ağlamaq әvәzinә, müәllifi olduğu
          “Gülüş faydalıdır, hәkimlәr mәslәhәt görür” hekayәsini oxusunlar...
             Ş.Aleyxem öz oxunaqlı әsәrlәri ilә nәinki yәhudi, ümumiyyәtlә,
          dünya әdәbiyyatında dәrin iz buraxıb. İdiş, yәhudi vә rus dillәrindә
          yazmış sәnәtkarı böyük yumor vә eyni zamanda bәnzәrsiz lirik
          tәsvir ustası adlandırırlar.
             Ş.Aleyxemin әsәrlәrindә, әsasәn, yәhudilәrin hüquqlarının
          mәhdudlaşdırılması öz bәdii әksini tapıb. Yazıçının tәsvir obyekti
          yoxsul zümrәdir. Bu insanların hәyatı faciәlәrlә doludur. Zülm
          vә yoxsulluq baş alıb getsә dә, yazıçının qәhrәmanları saf vә
          әdalәtli, sözü üzә deyәn, haqqı tapdalamayan, insani keyfiyyәtlәri
          hәr şeydәn uca tutan, yumor hissini itirmәyәn adamlardır.
             Solomon Naumoviç Rabinoviç 1859-cu il martın 2-dә
          Ukraynanın Poltava quberniyasının Pereyaslav şәhәrindә doğulub.
          Ailә sonralar Kiyev yaxınlığındakı Voronkovo kәndinә köçmüşdür.
          Yazıçının uşaqlıq hәyatı acınacaqlı keçmiş, әvvәlcә atası müflis
          olmuş, 13 yaşına çatanda isә anasını itirmişdir.
             Yeniyetmә Solomon yaşıdlarından fәrqlәnirdi: hәr şeylә
          maraqlanır, çoxlu kitab oxuyur, xoş ünsiyyәt qurmağı bacarır,
          mәzәli әhvalatlar uydururdu. Hәtta bir dәfә başına belә hadisә


                                                               5
   1   2   3   4   5   6   7   8   9   10