Page 52 - Sholom_Aleyhem_Макет 1
P. 52
ӘCDADLARIN MӘZARI
– Siz hәlә duza gedirsiniz, biz isә artıq qayıdırıq. Allah belә
“yarmarka”nı kimsәyә göstәrmәsin! Ağladığımı ağlamışam, indi
növbә sizindir, bir az da siz göz yaşı tökün... Demәli, mütlәq
burda sizin üçün yer düzәltmәliyәm. Rica edirәm, bir az sıxlaşın,
mәnә tәrәf, deyәsәn, yeriniz narahatdır, hә?...
– Bax belә! Әla oldu!
Arxa cәrgәdә әylәşmiş iki sәrnişinin söhbәtini eşidirәm. Daha
doğrusu, biri danışır, digәri isә başı ilә tәsdiqlәyir.
– Adı var ki, ziyarәtә çıxmışıq, iki nәfәrik. “Yarmarka”dan
gәlirik. Mәn, bir dә qarım. Odur, uzanıb döşәmәnin üstündә.
Yuxuya gedib. Zavallı, göz yaşı tökmәkdәn üzülüb, bütün günü
zar-zar ağlayıb. Zalımın qızı, qәbiristanlıqdan çıxmaq bilmir.
Mәzarı elә qucaqlamışdı ki, güc-bәla ilә dartıb araladıq. Ovundura
bilmirdim onu. Deyirәm: “Ay arvad, bәsdir gözünün qorasını
sıxdın, ölüyә bunun nә xeyri? Dirilmәyәcәk ki!..” Әşi, kimә
deyirsәn? Söz eşitmәk istәmir. Biçarә neylәsin? Böyük dәrddir!
Gözümün ağı-qarası idi... Dünyanın xoşbәxt gözәli! Ağıllı-
kamallı! Gimnaziyanı bitirmişdi... İki ildir dünyadan köçüb.
Sizcә, vәrәmdәn olar? Amma çox sağlam idi!... Eh, özü özünә
qәsd elәdi!
– Doğrudan?
Nәhayәt, söhbәtin hansı “yarmarka”dan getdiyini anlayıram.
Yadıma düşür ki, indi sentyabr ayıdır. Qәmli, ürәk dağlayan
aydır! Yәhudilәr bir şәhәrdәn başqasına axışır, dünyasını dәyişmiş
valideynlәrinin, bacı-qardaşlarının, övlad vә qohumlarının mәzarını
ziyarәt edirlәr. Qәm dәryasına qәrq olmuş analar, yetim qızlar,
dul bacılar, bәdbәxt qadınlar dәbdәbәli qәbirlәrin üstündә ah-
nalә edir, ağı deyir, ürәklәrinin ağrı-acısını boşaldırlar.
Mәәttәl qalmalı işdir! Allah haqqı, neçә illәrdir yollardayam,
ancaq әminliklә deyә bilәrәm: elul ayında mәzarların belә kütlәvi
52